Gündəm
Avtomobil yolları nəzarətdədir
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün gecə boyu və hazırda da qabaqlayıcı tədbirlər görür. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə işlər aparılır.
Yaqub Mahmudov İrəvana varislik hüququ barədə sənəd qəbul edilməsini təklif edib
“İrəvan daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərə verilmiş 9 min kvadrat kilometr torpağın Azərbaycan xalqına qaytarılması barədə məsələ qaldırmalıyıq”. Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
Tarix İnstitutunun Elmi Şurası Şuxrat Salamovla bağlı bəyanat qəbul edib
Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Daxili işlər naziri, general-polkovnikRamil Usubov bu barədə əmr imzalayıb. Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib. DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.
Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxıldı
Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Trampla Putin əlbir olub Avropa Birliyini dağıdır
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putini birləşdirən ümumi cəhətlər çoxdur və bu cəhətlərin hamısı Avropa Birliyinin dəyərlərinə və birliyinə zərərdir. Avropa liderləri isə buna qarşı durmağa, birliyi canlandırmağa və qaldırmağa hazır deyillər. «Carnegie Europe» saytı belə yazır.
İndoneziyanın Azərbaycandakı səfiri ADU-da olub
Fevralın 1-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan bey Fanani ilə görüşüb.
Almaniya polisi irimiqyaslı antiterror əməliyyatına başlayıb
Almaniya polisi Hessen bölgəsində irimiqyaslı antiterror əməliyyatına başlayıb. 10-dan çox terrorçunun saxlanılması məqsədi ilə Frankfurt, Offenbah və Visbaden daxil olmaqla, bir neçə şəhərin 54 obyektində axtarışlar aparılır.
Bakının qarlı mənzərəsi
Azərbaycanda qarlı-şaxtalı hava şəraiti hökm sürür. Adətən, özü ilə bir sıra problemlər gətirən qar, həmçinin gözəl təbiət mənzərələri bəxş edir.
Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir
Ölkə gəncləri bayram ərəfəsindədir. Belə ki, hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd edilir. Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan bu gün artıq 20 ildir ki, yüksək səviyyədə qeyd edilir. Hər il olduğu kimi bu il də Gənclər Günü ərəfəsində müvafiq dövlət qurumları, xüsusilə Gənclər və İdman Nazirliyi müxtəlif tədbirlər proqramları hazırlayaraq onları icra edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, bu bizim üçün çox əlamətdar bir gündür.
Deputat internet medianın hüquqi statusunun müəyyənləşdirilməsini istəyir
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin olenar iclasında internet medianın problemlərindən danışıb: "Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.
Əlillərin kvota məsələsinə yenidən baxıla bilər
Azərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq. Bunu Milli Məclisin plenar iclasında deputat Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib.
Binəqədidə qeyri-sabit hava şəraiti ilə bağlı tədbirlər gücləndirilib
Qeyri-sabit hava şəraiti ilə bağlı Binəqədi rayonu ərazisində bələdiyyələr və MKTB tərəfindən hazırlıq tədbirləri gücləndirilib.
Yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər texnika çıxarılıb
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün kifayət qədər maşın-mexanizm və texnika çıxarıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzində sözügedən yollarda qarın tmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. “Azəravtoyol” ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
BMT-nin İqtisadi və Sosial Şurasının Gənclər Forumu keçirilir
Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının baş katibi BMT-nin İqtisadi və Sosial Şurasının Gənclər Forumunda iştirak edir.














