Əlillərin kvota məsələsinə yenidən baxıla bilər
Azərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq. Bunu Milli Məclisin plenar iclasında deputat Musa Quliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən danışarkən deyib.
1 Fevral 2017 13:55 SosialAzərbaycanda II və III qrup əlillər əmək qabiliyyətli hesab olunacaq. Bunu Milli Məclisin plenar iclasında deputat Musa Quliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərdən danışarkən deyib. Deputat bildirib ki, bunlar insanların işlə təmin olunmasına şərait yaratmaq üçündür: "Əlillərin işə düzəlməsini gündəmə gətirmək lazımdır. Lakin onların işlə təminatında müəyyən problem yarana bilər. Ona görə də, "Məşğulluq haqqında" qanunda kvota məsələsinə yenidən baxılmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31