Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir

Ölkə gəncləri bayram ərəfəsindədir. Belə ki, hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd edilir. Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan bu gün artıq 20 ildir ki, yüksək səviyyədə qeyd edilir. Hər il olduğu kimi bu il də Gənclər Günü ərəfəsində müvafiq dövlət qurumları, xüsusilə Gənclər və İdman Nazirliyi müxtəlif tədbirlər proqramları hazırlayaraq onları icra edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, bu bizim üçün çox əlamətdar bir gündür.

Ölkədə gənclərin inkişafı dövlət üçün hər zaman prioritetdir

Ölkə gəncləri bayram ərəfəsindədir. Belə ki, hər il fevralın 2-də Azərbaycanda Gənclər Günü qeyd edilir. Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan bu gün artıq 20 ildir ki, yüksək səviyyədə qeyd edilir. Hər il olduğu kimi bu il də Gənclər Günü ərəfəsində müvafiq dövlət qurumları, xüsusilə Gənclər və İdman Nazirliyi müxtəlif tədbirlər proqramları hazırlayaraq onları icra edir. Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyir ki, bu bizim üçün çox əlamətdar bir gündür. Nazir müavini onu da qeyd edib ki, gənclər yalnız əlamətdar tarixlərdə yada düşmür və ilboyu dövlət tərəfindən məqsədyönlü şəkildə gənclərin inkişafına yönəlmiş siyasət həyata keçirilir: "Amma Gənclər Günü hər bir ölkədə yoxdur. Ölkəmizdə bu günün təsis edilməsi o deməkdir ki, Azərbaycanda gənclərin inkişafı dövlət üçün hər zaman prioritetdir. Biz hər il görülən işlərlə bağlı gənclərə hesabat veririk, eyni zamanda onların fikir və təkliflərini dinləyirik. Ümumiyyətlə, Azərbaycanda dövlət gənclər siyasəti beynəlxal müstəvidə bir modeldir. Bu faktı müxtəlif ölkələrin nümayəndələri də vurğulayırlar. Azərbaycana gələn xarici qonaqlar deyirlər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Çünki artıq bu sahədə Azərbaycanın böyük təcrübəsi və nailiyyətləri var. Görülən işlər nəticəsində gənclərimiz bu gün nəinki ölkə daxilində, beynəlxalq müstəvidə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. Bir çox gənclərimiz xaricdə təlimçi qismində iştirak edərək əcnəbi gənclərlə təcrübəmizi bölüşülər". İntiqam Babayev bildirib ki, biz öz siyasətimizi "Gənclər siyasəti haqqında" qanuna uyğun olaraq qurmuşuq: "Bununla yanaşı, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası adlı sənəd var ki, bu gün həmin sənəddə nəzərdə tutulan tədbirləri həyata keçiririk. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində addımlar atmağa çalışırıq. İstedadlı-yaradıcı gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər fəaliyyətimizin ön sıralarında gedir. Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq". Nazir müavini təmsil etdiyi qurumun gənclərlə iş sahəsində səmərəliliyi daha da artırmaq üçün həyata keçirdiyi layihələrdən də danışıb. Bildirib ki, ilki növbədə gənclər və idman sahəsində infrastrukturumuz genişlənir: "2016-cı ildə də ölkədə Gənclər evlərinin sayı artıb. Artıq respublikamızda 39 Gənclər evi və mərkəzləri var. Bunların 12-si nazirliyimiz tərəfindən inşa edilib və bir neçəsi də inşa olunmaqdadır. Digərləri isə müvafiq rayon icra hakimiyyətləri tərəfindən inşa edilib. Biz çalışırıq ki, bütün bu mərkəzlərin fəaliyyətini əlaqəndirək. Bu mərkəzlər müasir standartlara tam cavab verən məkanlardır, maddi-texniki təhcizatı yüksək səviyyədədir. Gənclər evləri və mərkəzləri ictimai fəallıq, ən müxtəlif mövzularda diskussiyaların aparılması

baxımından münasib məkanlardır. Bu il ərzində çalışacağıq ki, onların fəaliyyətini daha da gücləndirək.

Maraqlıyıq ki, partnyorlarımız olan gənclər təşkilatları da tədbirərini bu məkanlarda keçirsinlər. Bu amil rayon və şəhər gənclərinin ictimai fəallaşması deməkdir. Eləcə də, olimpiya mərkəzlərində də təkcə idman yarışları deyil, digər tədbirlər, intellektual oyunlar keçirmək imkanlarımız var. Bu mərkəzlərin də potensialından istifadə edirik. Eyni zamanda, gənclərin inkişafı ilə əlaqədar dövlət proqramları var. Bu istiqamətdə artıq iki dövlət proqramı icra olunub. Düşünürəm ki, üçüncü dövlət proqramı yaxın zamanlarda qəbul ediləcək. Bu yöndə işlər gedir və sənədin digər dövlət qurumları ilə razılışdırılması prosesi başa çatmaq üzrədir.

Belə bir ənənəmiz var ki, gənclərlə bağlı sənəd hazırlandıqda ictimai müzakirələr təşkil olunur, gənclərin fikirləri, təklifləri nəzərə alınır. Cənab Prezidentin də tapşırığı belədir ki, proqramlar konkret olmalı və gənclərin maraqlarını əks etdirməlidir. Dövlət başçısı ilə gənclərin görüşlərində də canlı dialoq olur və bunun özü dünya üçün müsbət təcrübədir". Nazir müavini deyib ki, hazırda respublikamızda 330-dan çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda ictimi fəaliyyətlə məşğul olan, elm, təhsil və digər sahələrdə çalışan gənclər təmsil olunurlar: "Dövlət proqramlarının mühüm nəticələrindən biri də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Fəaliyyət göstərdiyi 5 il ərzində minlərlə layihə icra olunub. Burada müsbət əhət odur ki, fərdlərin layihələri maliyyələşdirilir.

Bütövlükdə gənclərin öz potensiyalını reallışdırmaq üçün şərait yaradılıb. Müxtəlif sahələrdə çalışmaq istəyən gənclər var. Müxtəlif sahələrdə uğur qazanan gənclər hər il dövlət başçısı tərəfindən mükafatlandırılır, təltif olunurlar. Özlərini siyasətdə sınamaq istəyən gənclər var ki, onlar YAP Gənclər Birlyinin ətrafında birləşiblər. Təşkilat təkcə siyasi deyil, ən müxtəlif mövzularda layihələr həyata keçirir. Biz nazirlik olaraq YAP Gənclər Birliyi ilə sıx əməkdaşlıq edirik. Təşkilatda müxtəlif sahələr üzrə çox bacarıqlı, istedadlı gənclər var ki, onların potensialından istifadə etməyə çalışırıq". Dövlət başçısı

İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsinə də toxunan İntiqam Babayev deyib ki, bucəmiyyətimizi çox yüksək səviyyədə ruhlandıran qərardır: "Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu oyunlara minlərlə insan qatılacaq. Yəni bu tədbirə dünyada çox böyük maraq olacaq. Eyni zamanda, bu qərarın siyasi yükü də böyükdür. Azərbaycan dövlət olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayır, dünya miqyasında nüfuzlu ölkədir. İl ərzində keçiriləcək müxtəlif tədbirlər Azərbaycanın beynəlxalq mövqeyi gücləndirəcək, təbliğatı genişlənəcək. Xaricdən gələn qonaqlar ölkəmizlə daha yaxından tanış olacaqlar. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn turistlərin də sayı çox olacaq. Nazirlik olaraq təbii ki, bu il çərçivəsində layihələr keçirəcəyik. Bunların içərisində "Mən Azərbaycan haqqında nə bilirəm" ənənəvi layihəmizi qeyd etmək istəyirəm. Bu layihəni müxtəlif ölkələrin tələbələri arasında keçiririk və qalib gələn tələbələr Azərbaycana səfərini təşkil edirik. Nəzərdə tutmuşuq ki, həmin layihəni bu il müsəlman ölkələrində keçirək və qalib gələn gənclərin yay aylarında ölkəmizə səfərini təşkil edək. Eyni zamanda, İslam ölkələrinin gənc klassik müsiqi ifaçılarının müsabiqəsi də keçiriləcək. Həmçinin, İslam ölkələrinin gənc alimlərinin Azərbaycanda toplantısının keçirliməsini planlaşdırırıq.

Ümumiyyətlə, bu ilə sırf İslam dini məqamından deyil, İslam dünyasında elm, təhsil, mədəniyyət və digər sahələrdə birliyin gücləndirilməsi baxımından yanaşmaq lazımdır. Bu baxımdan, Azərbaycanın İslam dünyasına böyük töhfələr verməsi böyük əhəmiyyət kəsb edir və ölkəmiz bu prosesdə də bir daha özünü təsdiq edəcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31