Gündəm

Sabir Sarvanın  yubileyi keçirildi

1 Fevral 2017 15:09

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub.Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Münhendə görüşə bilər

1 Fevral 2017 15:07

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.

Yol polisi sürücülərə müraciət edib

1 Fevral 2017 15:06

Yol polisi yolların buz bağlaması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunur.

Cocuq Mərcanlıya qayıdış Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə mesajdır

1 Fevral 2017 15:04

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixi və siyasi əhəmiyyətə malik sənəddir. Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımı

1 Fevral 2017 15:02

Səhiyyə Nazirliyi daim əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə zəruri addımlar atır.

Yaponiya əhalisi 39 milyon azalacaq - PROQNOZ

1 Fevral 2017 15:00

Yaponiya əhalisinin sayı 2053-cü ilə 100 milyon nəfərdən aşağı olacaq. Bu qənaətə ölkənin Səhiyyə Nazirliyi yanında Əhali və sosial sığorta məsələləri üzrə Elmi Araşdırmalar İnstitutu gəlib.

Günün statistikası dəyişdi - Bakıda 4 qəza, 1 ölü, 12 yaralı

1 Fevral 2017 14:57

Gün ərzində Bakı şəhərində baş verən yol qəzalarının sayı artmaqdadır. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun  verdiyi məlumata görə, paytaxt ərazisində daha 2 yol nəqliyyat hadisəsi baş verib ki, bu da gün ərzində baş verən qəzaların sayını 4-ə çatdırıb.

Maliyyə Nazirliyi 38 təşkilat tərəfindən 228 mln. manatlıq mənimsəmə halları aşkarlayıb

1 Fevral 2017 14:53

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 2016-cı ildə 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 6 təhsil, 2 tibb, 1 meliorasiya və su təsərrüfatı, 2 nəqliyyat və 2 kommunal müəssisəsinə, 1 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayon yerli gəlir və xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Səfir Gəncə və Şəmkirdə oldu

1 Fevral 2017 14:47

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi "Azərbaycan əcnəbilərin gözü ilə" layihəsinə qoşulan Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maya Xristova yanvarın 29-u və 30-da Bilik Fondunun əməkdaşı Almaz Axundovanın müşayiəti ilə Gəncə və Şəmkir şəhərlərinə səfər edib.

Bakıya gələn avtobus yolda "dondu" - 27 DƏRƏCƏ ŞAXTADA ÖLÜMLƏ ÜZ-ÜZƏ...

1 Fevral 2017 14:45

Soçi-Bakı reysilə hərəkət edən sərnişin avtobusu yolda qalıb. Avtobus və sərnişinləri ilə bağlı bəzi məqamlar məlum olub. Hadisə dünən gecə saat 1 radələrində Stavropol diyarında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı magistralında baş verib. Avtobus hərəkətdə olarkən qəfil dayanıb. Məlum olub ki, avtobusun yanacağı donub. Yolun ortasında ölüm təhlükəsiylə üz-üzə qalan sərnişinləri Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşları xilas ediblər. Hadisənin baş verdiyi Stavropol diyarı Budyonovsk rayonunun rəhbərliyi sərnişinləri dərhal yaxınlıqdakı Starodubskoye kəndində yerləşən 6 saylı "Kolokolçik" adlanan uşaq bağçasına yerləşdirib.

Bakı məktəbində şok!

1 Fevral 2017 14:41

Azərbaycanda müəllimin şagirdi ilə intim münasibətdə olduğu üzə çıxıb. Hadisə Bakı məktəblərindən birində baş verib. Məlumata görə, məktəbdə müəllim işləyən Nazilə Məmmədova (ad şərtidir-red.) 15 yaşlı şagirdi Tofiq Əhmədov ilə (ad şərtidir-red.) bir neçə aydır intim münasibətdə olurmuş. Məsələdən xəbər tutan şagirdin anası bununla bağlı məktəb rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib.

“Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başladı

1 Fevral 2017 14:39

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb.

Metroda terrorçu saxlanılıb: Cibindən bu FOTO çıxdı

1 Fevral 2017 14:36

İstanbulda metro stansiyası çıxışında şübhəli Suriya vətəndaşı saxlanılıb. Şübhəlinin mobil telefonunda baxış zamanı İŞİD terror təşkilatı üzvü olduğu iddia edilən çox sayda əli silahlı şəxslərlə birlikdə çəkilmiş fotolar aşkar edilib.

Müsavatın AXCP planları – kim-kimə güc gələcək? TƏRS BAXIŞ

1 Fevral 2017 14:29

Bir müddətlik sakitlikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Müsavat partiyası arasındakı ənənəvi intriqaçılıq qığılcımı yenidən alovlanmağa başlayıb. Lakin daha öncəkilərdən fərqli olaraq, bu dəfə Müsavat tərəfi AXCP-yə qarşı ilginc hücum taktikası seçərək, cəbhəçiləri ikitirəlik salmaqda və düşərgəyə xəyanətdə ittiham edib. Əslində isə heç də yeni mövzu olmayan və davamlı olaraq baş qaldıran hər iki partiya arasındakı ziddiyyətlər ilk baxışdan təəccüblü görünməsə də ümumilikdə, belə vəziyyətdə ictimai rəyə, xüsusilə siyasətlə maraqlanan kəsimə yeni detallar bəlli olmağa başlayır. Daha dəqiq desək, ifşaolunma faktorunun təməli məhz bu kimi qarşıdurmalardan qaynaqlanır.

Qaradağda 2 fevral-Gənclər Günü qeyd edilib

1 Fevral 2017 14:22

Qaradağ rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində “2 fevral- Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, ziyalılar, gənclər iştirak ediblər.