Yaponiya əhalisi 39 milyon azalacaq - PROQNOZ

Yaponiya əhalisinin sayı 2053-cü ilə 100 milyon nəfərdən aşağı olacaq. Bu qənaətə ölkənin Səhiyyə Nazirliyi yanında Əhali və sosial sığorta məsələləri üzrə Elmi Araşdırmalar İnstitutu gəlib.

Yaponiya əhalisinin sayı 2053-cü ilə 100 milyon nəfərdən aşağı olacaq. Bu qənaətə ölkənin Səhiyyə Nazirliyi yanında Əhali və sosial sığorta məsələləri üzrə Elmi Araşdırmalar İnstitutu gəlib.

Hazırda 127 milyon olan Yaponiya əhalisi il ərzində 160 min nəfər azalıb.

Ümumiyyətlə, uzunmüddətli proqnozları nikbin hesab etmək olmaz: artıq 2065-ci ilə ölkə əhalisinin 88 milyonadək azalacağı ehtimal edilir. Bu barədə Trend.az RİA Novosti-yə istinadən verdiyi xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31