Sabir Sarvanın yubileyi keçirildi
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub.Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb.
1 Fevral 2017 15:09 MədəniyyətÖtən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda şair Sabir Sarvanın 60 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub.Tədbiri giriş sözüylə Birliyin katibi Rəşad Məcid açaraq S. Sarvanın poeziyasından danışıb.
Yazıçılar Birliyindən "Olaylar" - a verilən məlumata görə, tədbirin aparıcısı şair Əjdər Ol Sabir Sarvan yaradıcılığının ilk dönəmlərindən söz açıb.
AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca, Ofelya, AYB katibi İlqar,tənqidçi İlham Abbasov və Vaqif Yusifli tədbirə toplaşanlara Sabir Sarvan yaradıcılığının zənginliyindən bəhs ediblər.
Jurnalist İlqar Həsənov şairin şeirlərini mümkün qədər təbliğ etdiyini və bundan məmnunluğunu bildirib.
Daha sonra Əməkdar artist Ağalar Bayramov şairin yaradıcılığından nümunələr səsləndirib.
Sonda yubilyar söz alaraq AYB rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.