Gündəm
Daha iki rayonda valideyn və müəllimlərin qəbulu keçiriləcək
Fevralın 3-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub.
Xidmət rəisi Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
Türkiyədə səfərdə olan Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti bu ölkənin Әmәk vә Sosial Müdafiә naziri Mehmet Müezzinoğlu ilә görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə nazir Mehmet Müezzinoğlu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də mütəmadi olaraq gücləndirildiyini diqqətə çatdırıb.
Füzuli Musayev-55
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin yubileyidir. Olaylar.az xəbər verir ki, F.Musayevin 55 yaşı tamam olur. Yubliyarı ilk öncə rəhbəri olduğu klubun əməkdaşları təbrik edib. Son illər ərzində qazandıqları uğurlara nəzər yetirən klubun əməkdaşları, bunu birgə fəaliyyətin müsbət nəticəsi olaraq qiymətləndiriblər.
Rusiyanın axtardığı azərbaycanlı Bakıda tutuldu
Rusiyada axtarışda olan şəxs Bakıda yaxalanıb.
Başından güllələnən azərbaycanlı kriminal avtoritet imiş
Rusiyada azərbaycanlı avtoritet başından güllənərək öldürülüb. Hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.
"Teatrdan getmək istəyirdim"
Xalq artisti Mənsum İbrahimov "Leyli"lərindən danışıb. Açıqlama verən xanəndə bildirib ki, tərəf-müqabilləri arasında ən çox həmkarı Nəzakət Teymurova ilə səhnəni bölüşüb.
Polis həkimləri girov götürdü
Türkiyənin İstanbul şəhərində yerləçən İstanbul Universitetinin Cerrahpaşa Tib fakültəsinin Psixixateriya çöbəsində müaəlicə alan polis həkimləri girov götürüb.
Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələri gətirilib
Naxçıvan Muxtar Respublikada aqrar sektor geniş inkişaf etdiyindən su təchizatı böyük əhəmiyyətə malikdir. Bu isə yeraltı və yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmasını, habelə muxtar respublika hidrosisteminin ekoloji vəziyyətinin təbii və antropogen amillərdən qorunmasını tələb edir. Eyni zamanda da yeraltı sularla zəngin olan doğma diyarımızda bulaq, çeşmə, mineral sular və kəhriz sularından, həmçinin artezian sularından daha səmərəli istifadə olunması üçün suların hidrokimyəvi xüsusiyyətlərinin dərindən öyrənilməsini şərtləndirir.
Qara Qarayev anılacaq
Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Cəzaçəkmə müəssisələrində maarifləndirici tədbir keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, 2017-ci ilin 31 yanvar tarixində 2 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbirlər keçirilib.
Nərimanov rayonunun fəal gəncləri mükafatlandırılıb
Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.
Milli Məclis yaz sessiyasına start verdi
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclasını keçirib. Sessiya öz işinə Azərbaycan himninin səsləndirilməsilə başlayıb. Parlamentin payız sessiyasında görülən işlər barədə məlumat verin MM sədri Oktay Əsədov qeyd edib ki, Milli Məclis öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib: “Parlament Prezident İlham Əliyevin həyata keçridiyi siyasəti dəstəkləmək məqəsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib və bir sıra qanunlar qəbul edib.
Vergilər Nazirliyində gənclər üçün məlumatlandırıcı seminar keçirilib
Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, Milli Şuranın proqramı olan “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində keçirilən seminar “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” mövzusunda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın iştirakı ilə baş tutub.
Ölkəyə qanunsuz siqaretin gətirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin məlumat əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.Faktla bağlı araşdırma aparılır.
Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.














