Nərimanov rayonunun fəal gəncləri mükafatlandırılıb
Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.
1 Fevral 2017 15:22 SosialNərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı "2 fevral - Azərbaycan Gəncləri günü" münasibəti ilə "Azərbaycan gəncləri - Azərbaycanın gələcəyidir" mövzusunda rayon gənclərinin toplantısı keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. İdarə rəisi vurğulamışdır ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib.Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, təhsilində fərqləndiyinə, Nərimanov rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə və "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə bir qrup rayon gəncləri mükafatlandırılıb. Həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev gənclərə göstərdiyi diqqət və qayğıya görə və "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə "Gənclərin Dostu" adlı Fəxri Fərmanla təltif olunub.