Hidrogeologiya və mineral sular laboratoriyasına bir sıra mənbələrdən su nümunələri gətirilib

Naxçıvan Muxtar Respublikada aqrar sektor geniş inkişaf etdiyindən su təchizatı böyük əhəmiyyətə malikdir. Bu isə yeraltı və yerüstü su ehtiyatlarından səmərəli istifadə olunmasını, habelə muxtar respublika hidrosisteminin ekoloji vəziyyətinin təbii və antropogen amillərdən qorunmasını tələb edir. Eyni zamanda da yeraltı sularla zəngin olan doğma diyarımızda bulaq, çeşmə, mineral sular və kəhriz sularından, həmçinin artezian sularından daha səmərəli istifadə olunması üçün suların hidrokimyəvi xüsusiyyətlərinin dərindən öyrənilməsini şərtləndirir.

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun ötən ilin noyabr ayından fəaliyyətə başlayan Hidrogeologiya və mineral sular laboratoriyasının yaradılmasında da əsas məqsəd regionun coğrafi baxımdan fərqli hissələrində yerləşən su mənbələrinin resurs potensialının diaqnostikasını nizamlamaq, ərazidəki içməli, mineral və suvarma sularının yararlılığının ümumi mənzərəsini aydınlaşdırmaq, onların səmərəli istifadəsinə imkan verəcək geniş miqyasda elmi-tədqiqat işlərinin həyata keçirilməsidi.

Cari ildə laboratoriyada Babək rayonu ərazisindəki su mənbələrinin kimyəvi tərkibləri, minerallaşma dərəcələri, codluqları və suvarma üçün yararlılıq dərəcələrinin öyrənilməsi nəzərdə tutulub. İşin icrasına uyğun olaraq laboratoriyaya Babək rayonunun ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri gətirilib.

Məlumat üçün qeyd edək ki, bura Qaraçuq çeşməsi, Cəhri çeşməsi I və II, Tumbul çeşməsi I və II, Sirab mineral su yatağının 9 və 12 saylı quyusu, Sirab su anbarı, Bulqan kanal suyu, Zeynəddin, Kültəpə, Məmməd Rza-Dizə artezian suları, Vayxır su anbarından götürülən su nümunələri daxildir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31