Gündəm

Metropoliten də gücləndirilmiş iş rejiminə keçdi

1 Fevral 2017 16:22

Yanvarın 28-dən 29-a keçən gecədən dəyişən yağmurlu, qeyri-sabit hava şəraiti dünən gecədən daha kəskin xarakter alıb. Belə hava şəraiti «Nərimanov» elektrik deposundan xəttə verilən və geri qayıdan qatarların, eləcə də stansiyaların girişlərində sərnişinlərin hərəkəti üçün maneəyə çevrilə bilər.

Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək

1 Fevral 2017 16:20

Cari il, mart ayının 14-18-i tarixlərində Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək. “Azərsu” ASC-dən “OLAYLAR”-a bildirilib ki, tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Deputat "Təhsil kreditləri haqqında" qanunun qəbuluna çağırıb

1 Fevral 2017 16:18

 "Təhsil kreditlərinin məsələsinin bütün ali təhsil müəssisələrini əhatə edəcək şəkildə geniş formada öz həllini tapmasına böyük ehtiyac var, maddi imkanlar üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən gənclərin sayı artır". Bunu deputat Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib. Q.Paşayeva bildirib ki, çoxlu sayda gənc millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər: 

Təhsil qanunvericiliyinə yenidən baxılacaq

1 Fevral 2017 16:17

Peşə təhsili ilə bağlı məsələ birinci oxunuşdan keçəndən sonra orta ümumtəhsil məsələləri də müzakirəyə çıxarılacaq”.

Azərbaycanda bərqərar olan demokratik meyarlardan biri də söz və mətbuat azadlığıdır

1 Fevral 2017 16:14

Azərbaycanda söz və fikir azadlığının təminatı üçün kifayət qədər imkanlar mövcuddur. Kütləvi informasiya vasitələrinin qeydiyyatından başlamış sosial şəbəkələrə, internetə çıxış və ən nəhayət bu sahədə yaranan münasibətləri tənzimləyən təkmil qanunvericilik bazasının olması jurnalistlərin sərbəst fikir ifadə etmələrinə hesablanıb. İnsafən qeyd etməliyik ki, media nümayəndələri onlar üçün yaradılmış bu imkanlardan yetərincə yararlanırlar.

Həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir

1 Fevral 2017 16:13

"Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunə qismində çıxış edir. Ölkəmizdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir”. Bu sözləri YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva deyib.

2 Fevral Gənclər Günüdür!

1 Fevral 2017 16:11

Hər birimizə məlumdur ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması xalqımızın ümumilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gənclər onun  diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi.

Aytac Əliyeva: Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

1 Fevral 2017 16:09

“Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin aparıcı qüvvəyə çevrilərək cəmiyyətin bütün sferalarında iştirakından çox asılıdır. Məhz əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, politoloq Aytac Əliyeva deyib.

Fərid Şahbazlı: "Dövlətimizin etimadına layiq olmağa çalışmalıyıq"

1 Fevral 2017 16:07

Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. 2 fevral Gənclər Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir.

"Xəstələri sağın" deyən baş həkimi işdən qovdular

1 Fevral 2017 16:03

Qazaxıstanın səhiyyə nazirliyi sosial şəbəkələrdə yayılan qalmaqallı video ilə bağlı açıqlama verəcəyini vəd edib. Videoda bir nəfər, ağ xalatlı həkimlərə daha çox xəstə və qazanc əldə etməyin yolunu öyrədir.

Türkiyə sərt pul siyasətinə başlayır

1 Fevral 2017 16:00

Türkiyə Mərkəzi Bankı (TCMB) 2016-cı ildə inflyasiyanın proqnozlaşdırılan 5%-dən 8,53%-ə yüksəlməsi səbəbindən hökumətə "Açıq məktub" göndərib.

Qərargah: Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir - YENİLƏNİB

1 Fevral 2017 15:56

"SOCAR-ın "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli MərkəzindəFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ukrayna XİN Donbasda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb

1 Fevral 2017 15:54

Ukrayna XİN Donbas regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb. Ukraynanın Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, bəyanatda deyilir:  "XİN məsələ ilə bağlı dərin narahatlıq keçirir. Son günlər Rusiya işğalçı qüvvələri bütün silah növlərindən, o cümlədən Minsk  razılaşmalarına görə, istifadəsinə qadağa qoyulan “Qrad” reaktiv yaylım atəşi sistemindən, 152 və 155 mm kalibrli artilleriya qurğularından, 120 və 82 mm kalibrli minaatanlardan, tanklar və atıcı silahlardan istifadə edib. Nəticədə 8 ukraynalı hərbçi ölüb, 26-sı xəsarət alıb. Yaşayın məntəqələrinin atəşə tutulmasına görə iki dinc sakin yaralanıb. Avdeyevka və Yasinovataya şəhərlərinin  təchizatı tamamilə dayandırılıb. Regionda yaşayan 400 mindən çox sakin su və elektriksiz qalıb”.

İngiltərə klubu italyan hücumçu aldı

1 Fevral 2017 15:50

İtaliyalı hücumçu Manolo Qabbyadini karyerasını Premyer Liqada davam etdirəcək.  25 yaşlı forvard "Southampton"a transfer olunub. Tərəflər 4.5 illik müqavilə imzalayıb. Transferin dəyəri açıqlanmır. İngiltərə mətbuatının məlumatına görə, "Napoli" bu transferdən 17 milyon avro qazanıb. Futbolçunun çıxışından asılı olaraq 3.5 milyon avro bonus kimi Neapol klubunun hesabına köçürülə bilər.  

Keçən ay Ceyhan limanından 1 milyon 398 min 440 ton xam neft ixrac edilib

1 Fevral 2017 15:45

SOCAR 2017-ci ilin yanvar ayında Novorossiysk limanından 79 min 935 ton, Supsa limanından 176 min 109 ton, Ceyhan limanından 1 milyon 398 min 440 ton xam neft ixrac edib. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Bildirilib ki, yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 54,67 dollara,Urals nefti 53,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 55,14 dollara satılıb.