Gündəm

Təcili tibbi yardım maşını buzlu yolda aşdı və ... - VİDEO

1 Fevral 2017 17:11

Rusiyanın Rıbinsk şəhərində “Mazda” markalı avtomobil işıqforun yaşıl işığında hərəkət zamanı təcili tibbi yardım avtomobilinə çırpılıb. Qəzaya səbəb minik avtomobilinin yol hərəkəti qaydalarını pozaraq göy sayrışan işıqlı nəqliyyat vasitəsinə yol verməməsi olub. Hər iki nəqliyyat vasitəsində olanların travma aldıqları bildirilir.

148 nəfər əfv olunub, 11 min şəxs müxtəlif cəzalardan azad edilib

1 Fevral 2017 17:07

Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək möhtərəm Prezidentimizin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

50 könüllü ədliyyə orqanlarında işlə təmin olunub

1 Fevral 2017 17:05

Ötən il açıq müsabiqələr nəticəsində əksəriyyətini gənclər təşkil edən 204 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub, bütövlükdə ötən il ərzində 555 vakant ştat vahidi komplektləşdirilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilib, gənc könüllülərin 50-ə yaxını ədliyyə orqanlarında işlə təmin olunub.

8.435 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb

1 Fevral 2017 17:03

Məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir.

Nazirliyin elektron xidmətindən 1,8 milyon vətəndaş istifadə edib

1 Fevral 2017 16:54

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub.

KİV-lərin sayı isə 5.100-ü ötüb

1 Fevral 2017 16:53

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,6 milyonu ötüb

1 Fevral 2017 16:52

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib.

3 minə yaxın qanunvericilik aktı hüquqi ekspertizadan keçirilib

1 Fevral 2017 16:50

Ədliyyə Nazirliyi tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40% çox - 1.100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib.

İslam ölkələrinin din xadimlərinin Azərbaycana səfəri vacibdir

1 Fevral 2017 16:48

Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi mütərəqqi bir addımdır. Milli Məclisin deputatı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva Milli Məclisdə parlamentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və islam həmrəyliyi” mövzusunda keçirilın tədbirdə “İslam Həmrəyliyi İli”nin bəşəri təşəbbüs olduğunu qeyd edib.

Ölkədəki mühüm sürüşmə sahələri aktivləşib -SİYAHI

1 Fevral 2017 16:45

Respublika ərazisindəki sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki,  yanvarda respublika ərazisində ekzogen-geoloji proseslərin dinamikası üzərində müşahidələr aparılıb.

İcra hakimiyyəti orqanları digər dövlətlərin təyyarələrində yoxlamalar apara biləcək

1 Fevral 2017 16:43

Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı digər dövlətlərə məxsus hava gəmilərində uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparmaq hüququna malik olacaq.

Xəzər sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb

1 Fevral 2017 16:29

Xəzər dənizinin Neftçala sahilində meyiti tapılan şəxsin itkin neftçilərdən biri olduğu açıqlanıb. Bu gün səhər saatlarında sahildə meyiti tapılan şəxsin ötən ilin dekabr ayında 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması nəticəsində itkin düşən neftçilərdən biri - operator Hacıəliyev Həsənağa Hüseynağa oğlu olduğu bildirilir.

Biəsuvar sakini 2 nəfəri güllələdi

1 Fevral 2017 16:28

Yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində, kənd sakini Azər Əliyevlə aralarındakı münaqişə ilə əlaqədar onun həyətinə gələn qonşusu, əvvəllər məhkum olunmuş Asim Əliyev tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib. DİN-dən verilən məlumata görə, nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb.

Qətlin üstü 3 ildən sonra açıldı

1 Fevral 2017 16:27

Ötən ildə baş verən qətlin üstü açılıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 11-də Tərtər rayon sakini Səxavət Musayevi döyərək qətlə yetirməkdə şübhəli bilinən Səxavət Orucov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirməsi də müəyyən edilib.

Atasının üzərinə benzin töküb yandıran könüllü təslim oldu

1 Fevral 2017 16:25

Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 1-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İlyas Mehdiyev evində münaqişə zəminində atası 81 yaşlı İmdadın üzərinə benzin tökərək yandırıb. Nəticədə İmdad Mehdiyev hadisə yerində ölüb, evin yanar konstruksiyaları isə yanıb. İ.Mehdiyev könüllü 14-cü PB-yə gələrək istintaqa təslim olub. Araşdırma aparılır.