KİV-lərin sayı isə 5.100-ü ötüb
Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.
1 Fevral 2017 16:53 SosialDövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.