3 minə yaxın qanunvericilik aktı hüquqi ekspertizadan keçirilib
Ədliyyə Nazirliyi tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40% çox - 1.100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib.
1 Fevral 2017 16:50 SosialƏdliyyə Nazirliyi tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40% çox - 1.100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən verilən məlumata görə, əhali üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasına 2.615 sənəd daxil edilib və il ərzində həmin bazaya başçəkmələrin sayı 2,7 dəfə artaraq 500 minə çatıb. Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15.700 vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.