İslam ölkələrinin din xadimlərinin Azərbaycana səfəri vacibdir
Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi mütərəqqi bir addımdır. Milli Məclisin deputatı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva Milli Məclisdə parlamentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və islam həmrəyliyi” mövzusunda keçirilın tədbirdə “İslam Həmrəyliyi İli”nin bəşəri təşəbbüs olduğunu qeyd edib.
1 Fevral 2017 16:48 SosialDeputat: "Onların bir müsəlman ölkəsinin necə inkişaf etməsini gözləri ilə görmələrinə ehtiyac var"
Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi mütərəqqi bir addımdır. Milli Məclisin deputatı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva Milli Məclisdə parlamentin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Müasir çağırışlar və islam həmrəyliyi" mövzusunda keçirilın tədbirdə "İslam Həmrəyliyi İli"nin bəşəri təşəbbüs olduğunu qeyd edib. O, bu təşəbbüsün İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının Malidə keçirilən 12-ci sessiyasında da məmnunluqla qarşılandığını diqqətə çatdırıb. Gövhər Baxşəliyeva İslam ölkələrinin din xadimlərinin Azərbaycana səfər etməsinin vacibliyini qeyd edərək bildirib ki, onların bir müsəlman ölkəsinin necə inkişaf etməsini gözləri ilə görmələrinə ehtiyac var.