Nazirliyin elektron xidmətindən 1,8 milyon vətəndaş istifadə edib

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına və regionların sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında nazir Fikrət Məmmədov məlumat verib. Nazir bildirib ki, hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sistemi çərçivəsində elektron sənəd dövriyyəsinin, məhkəmə işlərinin elektron idarə edilməsinin, proseslərin elektron qeydiyyatının sınaq rejimdə məhkəmələrdə tətbiqi davam etdirilib, sistemin yeni komponentlərinin - "vətəndaşın şəxsi kabineti"nin və "elektron icra"nın yaradılması üzrə və digər tədbirlər görülüb. Artıq bir sıra icra qurumlarında "elektron icra" sistemi pilot qaydada tətbiq edilir. Həmçinin, cari ilin əvvəlindən iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31