148 nəfər əfv olunub, 11 min şəxs müxtəlif cəzalardan azad edilib
Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək möhtərəm Prezidentimizin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.
1 Fevral 2017 17:07 SosialDövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək möhtərəm Prezidentimizin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bu barədə Ədliyyə Nazirliyindən verilən məlumata görə, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1.027-nə baxılaraq hamısı təmin edilib.