Xidmət rəisi Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Türkiyədə səfərdə olan Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti bu ölkənin Әmәk vә Sosial Müdafiә naziri Mehmet Müezzinoğlu ilә görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə nazir Mehmet Müezzinoğlu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də mütəmadi olaraq gücləndirildiyini diqqətə çatdırıb.

Türkiyədə səfərdə olan Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti bu ölkənin Әmәk vә Sosial Müdafiә naziri Mehmet Müezzinoğlu ilә görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə nazir Mehmet Müezzinoğlu iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də mütəmadi olaraq gücləndirildiyini diqqətə çatdırıb.

F.Nәbiyev Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda miqrasiya, əmək və məşğulluq sahəsini də əhatə etdiyini deyib. Xidmət rəisi Türkiyə vətəndaşlarının respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, onların və ümumiyyətlə miqrantların hüquqlarının Azərbaycanda yüksək səviyyədə qorunduğuna vurğulayıb. Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əmin olduğunu söyləyib. Daha sonra miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında sәmәrәli fikir mübadilәsi aparılıb. Eyni zamanda, iş adamlarının fәaliyyәti üçün tam münbit şәraitin yaradılması, hәmçinin Azәrbaycan vә Türkiyә arasında әmәk miqrasiyası sahәsindә әmәkdaşlığın daha da genişlәndirilmәsi vә onun perspektivlәri müzakirә edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31