Milli Məclis yaz sessiyasına start verdi

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclasını keçirib. Sessiya öz işinə Azərbaycan himninin səsləndirilməsilə başlayıb. Parlamentin payız sessiyasında görülən işlər barədə məlumat verin MM sədri Oktay Əsədov qeyd edib ki, Milli Məclis öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib: “Parlament Prezident İlham Əliyevin həyata keçridiyi siyasəti dəstəkləmək məqəsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib və bir sıra qanunlar qəbul edib.

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclasını keçirib. Sessiya öz işinə Azərbaycan himninin səsləndirilməsilə başlayıb. Parlamentin payız sessiyasında görülən işlər barədə məlumat verin MM sədri Oktay Əsədov qeyd edib ki, Milli Məclis öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib: "Parlament Prezident İlham Əliyevin həyata keçridiyi siyasəti dəstəkləmək məqəsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib və bir sıra qanunlar qəbul edib. Artıq parlamentin yaz sessiyasının gündəliyi müəyyən olunub: "Yaz sesssiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı koordinatorun hesabatı dinləniləcək. Bundan əlavə, parlamentə bir sıra qanunların da daxil olması gözlənilir". Sonra MM-in Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib. Milli Məclisin qanunvericilik iş planının müzakirəsi zamanı millət vəkili Zahid Oruc deyib ki, Azərbaycan sərhədlərini pozaraq işğal olunmuş torpaqlarla gedən blodger Aleksnadr Lapşinlə bağlı məsələni qaldırıb. Z. Oruc Lapşinin Belarusda saxlanıldığını dilə gətirərək deyib ki, bu şəxsin Azərbaycana ekstradisiyası gözlənilir: "Bundan sonra Azərbaycan Lapşini mühakimə etmək hüququnu özündə saxlayır və necə hərəkət edəcəyini özü müəyyənləşdirəcək: "Ancaq mən təklif edirəm ki, xarici vətəndaşalra işğal olunmuş gedənlərə hansısa formada şərait yaratmalıdır". Onun fikrincə, Azərbaycan işğal olunmuş torpaqlara getmək istəyənlərə viza verməlidir, çünki ermənilər bundan narazı qalacaq. Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bəzi həmkarları MM-i fəaliyyətsizlikdə ittiham edir, hakimiyyəti yersiz tənqid edərək, hakim komandanın dəyişilməsi haqqında fikirlər səsləndirirlər: "Onda deyirəm ki, əgər parlament işləmirsə, niyə buradan əməkhaqqı, mükafat alırsan?! Bizim payız sessiyasında nə qədər qanunlar qəbul olunub. Biz indi neyniyək? Biz Lenin kimi çiynimizdə ağac daşıyaq?! Divar hörməliyikmi? Başqası deyir ki, komanda dəyişməlidir. Komandanın sahibi var. Bu, cənab prezidentin komdandasıdır. Bu komanda nə qədər işlər görüb. Bunların birinin funksiyasını yerinə yetirə bilərsənmi? İki gün mətbuatda qalmaq üçün belə edirsiniz. Türkiyəyə baş verənlərə baxıb coşursunuz". Komitə sədri əlavə edib ki, biz prezident respublikasıyıq: "İcra funksiyasını icra qurumları yerinə yetirir. Yetirməyən isə dərhal həbs edilir. Hər bir insan çıxış edəndə oturduğu stula heç olmasa, hörmət etsin. Vaxt var idi ki, burada 4 adam bir otaqda otururudu, 8 adama bir telefon düşürdü. Otur işlə də?! Qanun hazırla və cəmiyyətə təqdim elə. "Biz qabaqcadan demişdik", "iki il bundan əvvəl demişdik"- deyirsiniz. Nə demişdiniz?! Hamımız burada idik. Hesab edirəm ki, bundan sonra belə məsələlərə yol verməyə ehtiyac yoxdur". Millət vəkili Vahid Əhmədov qeyd edib ki, 2016- cı ilin sonunda Azərbaycanın inkişaf modeli dəyişdirilərək "Strateji Yol Xəritəsi" təsdiq edildi: "Bu sənədin həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Bu, çox ağır sənəddir. Biz illərdir ki, iki qanun layihəsinin qəbul edilməsini qaldırırıq. Amma onlar gündəliyə salınmır. Bunlardan biri " Maliyyə nəzarəti" haqqında qanun layihəsidir. Biz korrupsiyanın qarşısını almaq istəyiriksə, bu qanunu qəbul etməliyik. Maliyyə Nazirliyi bildirib ki, qanun üzərində işlənilir. Amma bu sənəd Milli Məclisə daxil olmur. Digər qanun isə " Rəqabət Məcəlləsi" dir. Bu qanunu iki dəfə müzakirə edib qəbul etmişik. Sonradan qanun hara getdi xəbərimiz olmadı. Doğrudan da bu qanun lazım deyilsə bunu xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət olmayacaq. Azərbaycanda monopoliyanı, inhisarçılığı aradan qaldırmaq lazımdır. Mən xahiş edirm ki, bu qanun layihələri gündəliyə salınsın". Spiker Oqtay Əsədov isə bildirib ki, "Rəqabət Məcəlləsi" ni üçüncü oxunuşdan dəyişdirilmək üçün geri çağırdı: " Bu da 2008- ci ildə başlanan böhran vəziyyəti ilə bağlıdır. Bu qanunun maddələri dəyişdirilməlidir. Dəyişəndən sonra yəqin ki, göndərəcəklər. "Maliyyə nəzarəti" məsələsi də nəzarətdədir. Hazırda o qanun üzərində işlənilir". Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycan ABŞ-ın müxtəlif qurumları, qeyri-hökumət təşkilatları tərəfindən tənqidə məruz qalıb. ABŞ-da bu günlərdə 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmaması barədə qərar qəbul edib: "Biz, Azərbaycanda siyasi partiyalar olaraq, buna etirazımızı bildirməliyik". Deputat əlavə edib ki, ABŞ prezidenti Donald Trampın qəbul etdiyi qərar dünyada islamofobiyaya yol açır: "Azərbaycanda bu il İslam Həmrəyliyi ili elan edilib. ABŞ demokratiyanın müdafiəçisi kimi özünü qələmə verdiyi halda, belə qərar qəbul etməsi utancdır. Etirazımızı bildirməliyik". Deputat Musa Quliyev qeyd edib ki, hazırda Azərbaycandan kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman ölkə bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir: "Bu, gələcəkdə problemlərə yol açacaq". Millət vəkili problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik təklif edib: "Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar". Millət vəkili Elmira Axundova bildirib ki, bu gün "Psixoloji yardım haqqında" qanunun qəbulu vacibdir: "Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. İnformasiya bolluğunun olduğu, aqressiya və zorakılığın təzahürləri artdığı çətin və qəliz zəmanədə yaşayırıq. Bütün terrorist təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici boyevik və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə sövq edir, uşaqlar yetim qalır, ailələr məhv olur, qatil uzunmüddətli həbsə məhkum olunur. Odur ki, bizə böyük profilaktik işlər, müvafiq qanunlar lazımdır, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər". Sonra gündəlikdə duran qanun layihələrinin müzakirəsi davam etdirilib. 
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31