Tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımı

Səhiyyə Nazirliyi daim əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə zəruri addımlar atır.

Səhiyyə Nazirliyi daim əhalinin yüksək səviyyəli tibbi xidmətdən yararlanmasını təmin etmək məqsədi ilə zəruri addımlar atır.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, bu tədbirlər çərçivəsində kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə səhiyyə naziri tərəfindən müvafiq göstəriş verilib.

Qeyd edək ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdi.

Hazırda, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Bu günlər havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə gündəlik olaraq görülən işin daha da gücləndirilməsi göstərişi verilib.  Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31