Ukraynanın "Eurovision" loqosu qalmaqal yaratdı: xalta və kruasana bənzəyir
Ukraynanın bu il ev sahibliyini edəcəyi "Eurovision" üçün seçdiyi loqo qalmaqal yaradıb. "Eurovision" mahnı müsabiqəsində ötən il birinci olan Ukrayna mayda təşkil olunacaq müsabiqə üçün düşündürücü loqo seçib.
1 Fevral 2017 13:42 DünyaUkraynanın bu il ev sahibliyini edəcəyi "Eurovision" üçün seçdiyi loqo qalmaqal yaradıb. "Eurovision" mahnı müsabiqəsində ötən il birinci olan Ukrayna mayda təşkil olunacaq müsabiqə üçün düşündürücü loqo seçib.
"Celebrate Diversity" (fərqliliyi qeyd edin) sloqanı ilə təşkil olunacaq müsabiqənin loqosu sosial mediada geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri loqonu xalta, kruasan və Ukraynanın "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkonun saç hörüyünə bənzədiblər. Bu barədə Milli.az "sputniknews"a istinadla xəbər verir.
Fotoları təqdim edirik:





