Gündəm

Ramiz Həsənova iki müavin təyin edilib

3 Fevral 2017 12:46

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub. Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsisədrinin müavinləri təyin edilib.

Keçən ay 11146 metr qazma işi həyata keçirilib

3 Fevral 2017 12:43

2017-ci ilin yanvar ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11146 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində qazmadan alınmış 6 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Ququş Azərbaycana köçəcək

3 Fevral 2017 12:42

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın miqrasiya siyasəti ciddi narahatçılığa səbəb olub. Belə ki, Ağ Ev rəhbəri 7 müsəlman ölkəsinin vətəndaşlarının ştatlara girişinə qadağa tətbiq edib. Qadağa tətbiq edilən şəxslərdən biri də əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququşdur. Məşhur müğənni Londondan Los-Ancelesə qayıtmalı olduğu halda, Ağ Ev rəhbərinin məlum qadağası bunu mümkünsüz edir. Müğənni qadağa səbəbindən yeni sığınacaq axtarmalı olacağını və neytral ölkəyə gedəsi olacağını söyləyib.

Binəqədinin fəal gəncləri mükafatlandırılıb

3 Fevral 2017 12:39

Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gənclər Günü” qeyd edilib.

Üzeyir Cəfərov: “Elnur Hüseynzadənin tezliklə geri qaytarılmasına nail olaq” 

3 Fevral 2017 12:35

“Ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı dünəndən həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar yayıldıqca, məsələnin bəzi detalları artıq aydınlaşmağa başlıyır. Bizim Müdafiə Nazirliyinin hadisə ilə bağlı mövqeyini yəqin ki hamı oxuyub və bilir. Məni ən çox maraqlandıran və diqqətlə izlədiyim Ermənistan mətbuatının sərgilədiyi mövqedir. Gözləyirdim ki, bunlar adı çəkilən Elnur Hüseynzadəni kamera və mikrofon qarşısına çıxarıb ondan "çox qiymətli" "hərbi və dövlət sirrlərini" göstərəcəklər. Bu saata və dəqiqəyə kimi, bədnam qonşularımız girov götürdükləri vətəndaşımızla bağlı hər hansı bir sübutedici fakt və ya etirafedici məlumat əldə edə bilmədiklərinə görə, çox gərgin vəziyyətdədirlər. Doğrusu mən bilməzdim ki, Ermənistan MN-nin sözçüsü, öz yalan-palanları ilə hətta öz xarabasında zərrə qədər hörməti olmayan Artsrun Hovhannisyan bizim Azərbaycan dilini belə "gözəl" bilir”. Bunu açıqlamasında müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Deputat: "Həmsədr ölkələr Ermənistanın “əsir” təxribatını pisləməlidir" 

3 Fevral 2017 12:33

“Ermənistanın növbəti “əsir” təxribatı hərbi münaqişə başlandığı zaman  digər dövlətləri bura cəlb etmək məqsədi daşıyır”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

“Düşmənin təxribat xarakterli məlumatını yaymaq səhv hərəkətdir” - Millət vəkili

3 Fevral 2017 12:31

“Azərbaycanın Müdafiə Nazirliyi ermənilərin əlinə keçən Elnur Hüseynzadə ilə bağlı kifayət qədər operativ və dəqiq məlumat verib. Ona görə də bizim media qurumları ölkəmizin rəsmi münasibətini nəzərə alıb, xəbər yaymalıdır”. Bunu  millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, düşmən tərəfinin təxribat xarakterli, məkrli, hiyləgər yalan məlumatını yaymaq kökündən səhf bir hərəkətdir: “Düşmən tərəfi həm mətbuatda, həm beynəlxalq aləmdə dezinformasiya yaymaqla məşğul olur, bizim mediamız onlara istinad edəndə diqqətli olmalıdır. Təxribat xarakterli informasiyaları yaymaq olmaz”. 

Politoloq: "Sarkisyan hər cür şərəfsizliyə əl atır"

3 Fevral 2017 12:29

“Dünyada  beynəlxalq hüquq termini var və ona əməl etmək hər bir dövlətin borcudur. Dünyada çox az dövlət var ki, onlar buna əməl etmir və onlardan da biri Ermənistandır. Bu da düşmən ölkənin xislətinə uyğun bir addımdır”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

17 yaşlı qız işdən yayınmaq üçün iyrənc bəhanə tapdı: "Atamdan hamiləyəm"

3 Fevral 2017 12:27

İnternetdə yayılan təcavüz xəbərləri Türkiyədəki 17 yaşlı qıza ciddi şəkildə təsir edib. O, yayda atasının yanında tarlada işləməmək üçün iyrənc bəhanə tapıb. 

Useyn Bolt karyerasını bitirirəcəyi vaxtı açıqladı

3 Fevral 2017 12:24

8 qat dünya çempionu Useyn Bolt 2017-ci il dünya çempionatından sonra çıxış etməyəcək. Yamaykalı atlet 2018-ci ildə keçiriləcək Birlik Oyunlarının təşkilatçılarından gələn dəvəti qəbul etməyib: "2018-ci ildə çıxış edə bilmək üçün əvvəlkilərdən də çox məşqə qatılmalıyam ki, qələbə şansı qazanım. Bu isə baş verməyəcək".

2 saata 57 min dollar xərclədi

3 Fevral 2017 12:22

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy iki gün əvvəl gecə alış-verişə çıxıb. Müğənni xalı almaq üçün çarşıya gedib. Müğənni çarşıya şəxsi avtomobili ilə daxil olub. O, iki ədəd ipək xalı aldıqdan sonra məkanı tərk edib.

Nazarbayevdən TAPŞIRIQ: "Zəif banklar birləşsin!"

3 Fevral 2017 12:21

"Ölkə iqtisadiyyatına xeyir verməyən zəif banklar böyük banklarla birləşməlidir". Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin geniş iclasında bəyan edib.

"Whatsapp"a bu yenilik gəlsə, qarşı tərəfin yalanı ifşa olacaq

3 Fevral 2017 12:18

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "Whatsapp" iki möhtəşəm yenilik etməyə hazırlaşır.

Rəsmi açıqlama - Tələb olunan sənədlər minimuma endirilir

3 Fevral 2017 12:16

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) xidmətləri elektronlaşdığından tələb olunan sənədlərin minimuma endirilməsi ilə bağlı təkliflər hazırlanıb. SMPDK-dan bildiriblər ki, Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, digər dövlət orqanlarında mövcud olan informasiya ehtiyatlarından istifadə imkanlarının artırılması xidmət istifadəçilərindən tələb olunan sənədlərin azalması ilə nəticələnəcək. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar tələb edilən rəsmi sənədlərin sayının azaldılmasının təmin edilməsi ilə bağlı artıq bir neçə normativ hüquqi akt layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunub.

Pakistan parlamentinin komitəsi erməni işğalını pisləyən qətnamə qəbul edib

3 Fevral 2017 12:12

Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.