Pakistan parlamentinin komitəsi erməni işğalını pisləyən qətnamə qəbul edib

Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib. Qətnamə komitənin iclasında qəbul edilib. Sənəddə 1992-ci il fevralın 26-da Xocalı soyqırımı da pislənilir. Komitə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha təsdiq edib. Bu barədə Trend "Khybernews.tv" telekanalına istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31