Binəqədinin fəal gəncləri mükafatlandırılıb

Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gənclər Günü” qeyd edilib.

Binəqədi rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə "2 Fevral Azərbaycan Gənclər Günü" qeyd edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami, rayon gəncləri və s. iştirak edib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Millət vəkili Azay Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, İslam Oyunlarının Təşkilat Komitəsinin katibi, Milli Olimpiya Komitələri ilə əməliyyatlar üzrə İdarənin rəhbəri Könül Nurullayeva, Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Ramil Səfərov,Azərbaycanda təhsil alan misirli tələbə Lokman Abdin "2 Fevral Azərbaycan Gənclər Günü"nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırıblar. Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildiribki, gənclik yeni nəsil deməkdir, kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə, sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Bəli, çox böyük bir gücdür. Çıxışlardan sonra "2 Fevral Azərbaycan Gənclər Günü" ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup Binəqədi gəncləri mükafatlandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31