Ququş Azərbaycana köçəcək
Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın miqrasiya siyasəti ciddi narahatçılığa səbəb olub. Belə ki, Ağ Ev rəhbəri 7 müsəlman ölkəsinin vətəndaşlarının ştatlara girişinə qadağa tətbiq edib. Qadağa tətbiq edilən şəxslərdən biri də əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququşdur. Məşhur müğənni Londondan Los-Ancelesə qayıtmalı olduğu halda, Ağ Ev rəhbərinin məlum qadağası bunu mümkünsüz edir. Müğənni qadağa səbəbindən yeni sığınacaq axtarmalı olacağını və neytral ölkəyə gedəsi olacağını söyləyib.
3 Fevral 2017 12:42 DünyaBirləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın miqrasiya siyasəti ciddi narahatçılığa səbəb olub. Belə ki, Ağ Ev rəhbəri 7 müsəlman ölkəsinin vətəndaşlarının ştatlara girişinə qadağa tətbiq edib. Qadağa tətbiq edilən şəxslərdən biri də əslən azərbaycanlı olan məşhur İran müğənnisi Ququşdur. Məşhur müğənni Londondan Los-Ancelesə qayıtmalı olduğu halda, Ağ Ev rəhbərinin məlum qadağası bunu mümkünsüz edir. Müğənni qadağa səbəbindən yeni sığınacaq axtarmalı olacağını və neytral ölkəyə gedəsi olacağını söyləyib.
"OLAYLAR"-ın əldə etdiyi xəbərə görə, Ququşun sığınacaq almaq istədiyi ölkələr sırasında Azərbaycan da var. Məşhur müğənni əslən azərbaycanlı olduğu üçün Azərbaycan tərəfinə müraciət edərək burada yaşamaq hüququ əldə edə bilər.