Gündəm
Təhsillə bağlı bir neçə qanunun müzakirəsi gözlənir
Milli Məclisin Elm və təhsil komitəsi “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üzərində işləyir. Bu barədə sğzügedən komitənin sədri İsa Həbibbəyli bildirib: “Bu qanun artıq bir neçə dəfə müzakirə də olunub.
Dövlət nəqliyyatında məsuliyyətin artırılmasına dair seminar keçirilib
Dövlət Dəniz Administrasiyasında, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq Layihəsi çərçivəsində, “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1992-ci il tarixli Beynəlxalq Konvensiya və “Neftlə çirklənmə zamanı dəyən ziyanın kompensasiyası üzrə Beynəlxalq Fondun yaradılması haqqında” Beynəlxalq Konvensiyaya dair seminar keçirilib.
Vətəndaşdan muzeyə hədiyyə
Milli adət-ənənələrimizin öyrənilməsində mühüm baza rolu oynayan Muzeyin Etnoqrafiya elmi fond şöbəsi daim yeni materiallarla zənginləşir.
Səfir: Böyük Britaniya enerji layihələrinin reallaşması üçün Azərbaycana dəstək vermək niyyətindədir
Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Karol Meri Krofts ilə görüşüb. “Olaylar” xəbər verir ki, sədr qonağı Milli Məclisdə salamlayaraq, ona gələcək diplomatik fəaliyyətində xalqlarımızın rifahı naminə uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsində dövlət və hökumət başçılarımızın rolu danılmazdır. Azərbaycan Prezidenti ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
Sabah hava...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 04-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
“BDU-nun Yapon dili şöbəsinin təkmilləşdirilməsi” layihəsi üzrə müqavilə imzalanıb
Bu gün Bakı Dövlət Universitetində Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, o cümlədən Yaponiya universitetləri ilə uğurlu əməkdaşlıqdan bəhs edib.
Ər arvadını öldürdü, gəlinin cənazəsini qadınlar daşıdılar
Türkiyədə dünən boşanma ərəfəsində olduğu əri tərəfindən küçədə güllələnərək öldürülən Sinem Metin Şahinin cənazəsini qadınlar daşıyıblar.
Çalhanoğlu: "Atam səhv etdiyini bilir"
Türkiyənin "Trabzonspor" klubu ilə imzaladığı müqavilənin şərtlərinə əməl etmədiyi üçün FİFA tərəfindən 4 ay müddətində futboldan uzaqlaşdırılan Türkiyə millisinin və "Bayer"in üzvü Hakan Çalhanoğlu cəza ilə bağlı açıqlama verib.
Avtomobillərinə araq tökən sürücülərə xəbərdarlıq - VİDEO
Əksər sürücülər şaxtalı qış aylarında şüşəsilənlərin donmaması üçün tərkibini bilmədikləri qatqılardan istifadə edirlər.
Zərgərlik məmulatlarını gizlətmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə sorğu-sual edilib.
Azərbaycan yanvar ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin yanvar ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.
“Total” şirkətlər qrupunun vitse-prezidenti təqdim edildi
“Total” şirkətlər qrupunun Avropa və Mərkəzi Asiya Regionunda Kəşfiyyat və Hasilat üzrə baş vitse-prezidenti Maykl Borrelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Bu barədə nazirlikdən verilən məlumata görə, M.Borrel Azərbaycanın “Total” üçün mühüm biznes marağı kəsb edən ölkə olduğunu nəzərə alaraq, şirkətlər qrupunun Kontinental Avropa və Xəzər regionu üzrə yeni təyin edilmiş vitse–prezidenti Bernard Clementi şəxsən təqdim etmək üçün ölkəmizə səfər etdiyini bildirib.
40-dək gənc ədliyyə orqanlarında daimi qulluğa qəbul olunub
Sınaq müddətini bitirən 40-dək gənc ədliyyə orqanlarında daimi qulluğa qəbul olunub. Bu barəd nazirlikdən verilən məlumata görə, artıq onlara ilk xüsusi rütbələr verilib. Nazirlik rəhbərliyi tərəfindən gınc əməkdaşlara ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafına dair iclasda proqram xarakterli çıxışında məmur-vətəndaş münasibətləri, neqativ hallara qəti son qoyulması, hər bir məmurun əsas vəzifəsinin xalqa xidmət göstərməsi, etik davranış qaydalarına dönmədən riayət etmələri, təvazökar olmaları ilə bağlı tələbləri diqqətə çatdırılaraq vətəndaşlara hər zaman qayğılı münasibət göstərilməsi və məmnunluğun yüksəldilməsi barədə tövsiyyələr edilib.
Oqtay Əsədov İranın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadəni qəbul edib. “Olaylar” xəbər verir ki, sədr görüşdən məmnunluq duyaraq, yeni təyin olunmuş səfirə gələcək işlərində uğurlar diləyib.
Ağ evdən imtina etdi
Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın xanımı Melani Tramp Ağ evdə yaşamayacaq. “Olaylar” “Habertürk” - ə istinadən bildirir ki, Donald Tramp Viliam Ovinsin naaşını qızı İvanka Trampla birgə qarşılayıb.














