Ər arvadını öldürdü, gəlinin cənazəsini qadınlar daşıdılar
Türkiyədə dünən boşanma ərəfəsində olduğu əri tərəfindən küçədə güllələnərək öldürülən Sinem Metin Şahinin cənazəsini qadınlar daşıyıblar.
3 Fevral 2017 13:13 DünyaTürkiyədə dünən boşanma ərəfəsində olduğu əri tərəfindən küçədə güllələnərək öldürülən Sinem Metin Şahinin cənazəsini qadınlar daşıyıblar. Onun cənazə namazı İkitelli Cemevində axşam namazından sonra qılınıb. Sonra onun tabutu məmləkətinə göndərilmək üçün avtobusa qədər aparılıb. Sinemin cənazəsini avtobusa qədər qadınlar daşıyıblar.
Qeyd edək ki, hadisə ötən gün İstanbulda, gözəllik salonunun yaxınlığında baş verib. Ər xanımı ilə söhbət etmək üçün salondan çıxmasını xahiş edib. Onlar salonun qarşısında mübahisə ediblər. Əsəblərini cilovlaya bilməyən kişi əlindəki silahla Sinemi güllələyib. Qadın hadisə yerindəcə keçinib. Bu barədə Milli.az "Hürriyet"ə istinadla xəbər verir.

