Deputat: "Həmsədr ölkələr Ermənistanın “əsir” təxribatını pisləməlidir" 

“Ermənistanın növbəti “əsir” təxribatı hərbi münaqişə başlandığı zaman  digər dövlətləri bura cəlb etmək məqsədi daşıyır”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

"Ermənistanın növbəti "əsir" təxribatı hərbi münaqişə başlandığı zaman  digər dövlətləri bura cəlb etmək məqsədi daşıyır". Bunu millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan digər mövqelərimizi atəşə tutmaqla beynəlxalq aləmə əksini göstərməyə çalışır: "Dağlıq Qarabağ işğal altında saxlanırsa, o zaman Ermənistan Tovuz-Qazax istiqamətində niyə təxribatlara əl atır, atəşkəsi pozur? Çünki, Tovuz-Qazax Ermənistanla sərhəddə yerləşir. Ermənistan bir çox istiqamətlərdə təxribata əl atmaqla guya Azərbaycanın onları atəşə tutduqlarını digər dövlətlərə, eləcə beynəlxalq aləmə göstərmək istəyirlər".

Ermənistan tərəfinin şəhid Çingiz Qurbanovun meyitinin qaytarmamasına toxunan  R. Rzayev qeyd edib ki, Azərbaycan parlament nümayəndə heyəti  bu problemi AŞPA-da bütün səviyyədə qaldırıb: "Bütün Avropa ölkələrini məsələ ilə bağlı ədalətsiz yanaşma göstərdikləri diqqətə çatdırılsa da, hələ də düşmən ölkəyə qarşı bununla bağlı lazımı etiraz və narazılıqlar  bildirilməyib. Bu, bir daha ikili standartlığı sübut etmiş olur.  Məhz bunun  nəticəsidir ki, Ermənistan  növbəti dəfə "əsir" təxribatına əl atıb. Hazırkı vəziyyətdə ATƏT-in Minsk qrupu çərçivəsində olan həmsədr ölkələr bəyanatlar verməli,  məsələnin həllinə dair Beynəlxalq Qırmızı Xaç Komitəsinə dəstək olmalıdırlar. Minsk qrupu çərçivəsində olan dövlətlərin rəhbərləri məsələni pisləməli, mənfi fikirlərini bildirməlidirlər. Lakin çox təəssüf ki, biz bunları eşitmirik".

"Ümumiyyətlə, Ermənistan işğalçı dövlətdir və bu siyasətini uzun illərdir ki,  Azərbaycan qarşı davam etdirir, ayrı-ayrı yerlərdə problemlər yaradırlar. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan dövləti və rəhbərliyi düzgün yoldadır və əminəm ki, bu problemlərin qarşısını xalqımızla birlikdə ala biləcəyik"- deyə, millət vəkili əlavə edib.  

Məlumat üçün nəzərinə çatdıraq ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi məlumat yayaraq, guya silahlı qüvvələrin təmas xəttinin şimal istiqamətində, Talış kəndi yaxınlığında baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan ordusunun əsgərinin əsir düşdüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31