Gündəm

Yanğından zəhərlənən professor dünyasını dəyişib

3 Fevral 2017 12:09

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub. Məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 60 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda “Sovetski” adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.

Əflatun Amaşov: "Elnurun hərbçi kimi təqdim olunması düşmən dəyirmanına su tökməkdir"

3 Fevral 2017 12:07

“Mən erməni saytlarını mütəmadi olaraq izləyirəm. Onlar Elnur Hüseynzadə ilə bağlı məsələlərə geniş yer verir və bizim media orqanlarına davamlı istinad edirlər. “İstipress.az” saytının Elnurun anasının fikirlərinə yer verilən  videonun tərcümə olunmadan belə erməni saytlarında yayımlanmasını gördüm.

Vidadi Zeynalov:"Əli Abbasov gəlib ifadə verməsə, danışmayacağam"

3 Fevral 2017 12:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, şahidlərin haqqında məcburi gətirilmə barədə qərar olsa da, onlar məhkəməyə gəlməyiblər. Buna görə iclas fevralın 8-dək təxirə salınıb. V. Zeynalov isə deyib ki, Əli Abbasov gəlib ifadə verməyənə kimi o danışmayacaq.

22 gündən sonra bizi təhlükə gözləyir? - Rəsədxana AÇIQLADI

3 Fevral 2017 12:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 25-də Yer kürəsinə asteroidin çırpıla bilməsi və bununla əlaqədar Yer üçün təhlükə gözlənildiyi barədə məlumatlara aydınlıq gətirib.

Şok kadrlar: dayə 77 yaşlı qocanı döydü - VİDEO

3 Fevral 2017 12:00

Britaniyadakı qocalar evlərindən birində yaşanmış olay ölkə mediasında şok effekti yaradıb. Böyük qalmaqal yaşanır və hadisəni Səhiyyə Nazirliyi ilə bahəm, polis də araşdırmağa başlayıb.

“Ağamusa Axundov- 85”

3 Fevral 2017 11:57

Ötən gün Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, filologiya elmləri  doktoru  Ağamusa Ağası oğlu Axundovun 85 illik yubileyi  münasibətilə “Ağamusa Axundov-85” başlığı altında kitab sərgisi açılıb.

Pakistan Milli Assambleyasının sədri: Azərbaycan Pakistan üçün qardaş ölkədir

3 Fevral 2017 11:56

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.

ABŞ seçicilərinin 40 faizi Trampın prezidentlikdən uzaqlaşdırılmasını istəyir

3 Fevral 2017 11:51

ABŞ-da seçicilərin 40 faizi Donald Trampın impiçmentini istəyir.  Respondentlərin 48 faizi onun vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib, 12 faizi isə bitərəf qalıb. Ötən həftə keçirilən analoji sorğuda seçicilərin 35 faizi Trampın əleyhinə olub. Sorğunun nəticələrinə əsasən, seçicilərin 52 faizi Barak Obamanı prezident görmək arzusundadır, 43 faiz isə Donald Trapmın prezidentliyini qəbul edir. Amerikalıların Trampın miqrasiya barədə fərmanına münasibəti birmənalı deyil. Respondentlərin 47 faizi fərmanı dəstəkləsə də, 49 faizi əleyhinə olub.

Türkiyə və İsrail arasında birgə bəyanat

3 Fevral 2017 11:49

6 illik susqunluqdan sonra ötən axşamdan etibarən Türkiyə ilə İsrailin rəsmiləri arasında siyasi məsləhətləşmələrə start verilib. Daha sonra tərəflər birgə bəyanat verərək bölgədəki təhlükəsizliyin təmin edilməsi isitiqamətində iki ölkənin əmədaşlığının davam edəcəyini vurğulayıblar. Xəbəri “Olaylar”  - ın Türkiyə bürosu yayıb.

Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

3 Fevral 2017 11:48

«Azərikimya» İstehsalat Birliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Ermənilər yenidən ağır texnikanı işə saldı

3 Fevral 2017 11:45

 “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbəırə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur 

3 Fevral 2017 11:43

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən 154.4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulmasına işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur.

Müdafiə naziri ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb

3 Fevral 2017 11:42

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb. Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.

5 müəllif plagiatlıqla bağlı müraciət edib

3 Fevral 2017 11:41

Müəllif Hüquqları Agentliyi 2016-cı ilin yekunlarına dair müxtəlif sahələrlə bağlı hesabat təqdim edib. Agentlikdən verilən məlumata görə, hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb. Ölkədə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb. Hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, hesabat ilində nəzarət markalarının tətbiqinə başlanılmış, müəlliflik hüququ obyektlərinin nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların müraciəti əsasında ilkin olaraq 18400 ədəd nəzarət markası verilmiş, hazırda 20-dən çox ali təhsil müəssisəsinin onlara nəzarət markası verilməsi barədə müraciətinə müvafiq qaydada baxılır.

Qərbi Avropa Ədəbiyyatı inciləri oxuculara təqdim edildi

3 Fevral 2017 11:40

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qərbi Avropa ədəbiyyatı fondunda saxlanılan “La musigue des origines a nos jours” isimli kitab 1946-cı ildə Parisdə çapdan çıxıb.