Gündəm

DİN işçi axtarır

3 Fevral 2017 11:37

Respublikanın şəhər, rayon polis idarə və şöbələrində (Naxçıvan, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

Tramp "Coca-Cola"nın Meksikada fəaliyyətinə qadağa qoyacaq

3 Fevral 2017 11:35

ABŞ prezident Donald Tramp yaxın günlərdə "Coca-Cola" şirkətinin rəhbərliyi ilə görüşərək, onlardan  Latın Amerikasında, xüsusi ilə də  Ukraynada istehsalatı tam dayandırmağı və ya azaltmağı  tələb edəcək.

Tramp: "İranla bağlı heç nə masa üzərindən götürülməyib"

3 Fevral 2017 11:31

ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib.

Gömrük bəyannamələri elektron formada qəbul ediləcək

3 Fevral 2017 11:28

Azərbaycanda gömrük bəyannamələri elektron formada qəbul ediləcək. “Olaylar”ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən gömrük bəyannamələri haqqında məlumatın verilməsi Dövlət Gömrük Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısına daxil edilib.Qeyd edək ki, “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli sərəncamında Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu təmin etmək tapşırılmışdı.

Daha hər kəs avtobus sürə bilməz

3 Fevral 2017 11:27

Azərbaycanda sərnişin avtobuslarını idarə etmək hüququ qazanmaq üçün yaş hədləri ilə bağlı tələb qüvvəyə minib. Bu, Nazirlər Kabinetinin  "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə edilən dəyişiklikdə əksini tapıb.

Türkiyədə 20 PKK terrorçusu həbs edildi

3 Fevral 2017 11:25

Türkiyənin Adana vilayəti Təhlükəsizlik İdarəsi 30 müxtəlif ünvanda eyni zamanda antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı PKK-ya üzv olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb. Saxlanılan şəxslər sonra sorğu-sual edilmək üçün Təhlükəsizlik İdarəsinə aparılıblar. 

İran Ermənistanla birgə PUA istehsal edəcək

3 Fevral 2017 11:24

İranla Ermənistan birgə pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırırlar. Bu barədə müzakirələr Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşü zamanı baş tutub.

Azərbaycanda ilk online PR jurnalı yaradıldı

3 Fevral 2017 11:20

Bu gün Azərbaycanda ilk online PR jurnalı olan Proloq.az fəaliyyətə başlayıb. Arzu Soltan, Cəfər Mənsimi, Tutu Salman, Şaiq İsayevin əməyi ilə qurulan Proloq.az ictimaiyyətlə əlaqələr mütəxəssislərinə, PR sektorunun inkişafına, gələcəyini bu sahəyə bağlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə yaradılıb.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov

2 Fevral 2017 22:40

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov

“5G” sənayedə yeni sahələr yaradacaq

2 Fevral 2017 20:15

“Qualcomm Technologies” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) dünya iqtisadiyyatına və sosial sahəyə təsirini əks etdirən “5G Economy” tədqiqatının nəticələrini dərc edib. Bu, “IHS Market”, “PSB” şirkətlərinin və Kaliforniya “Tusher Center” biznes məktəbinin professoru və “Berkeley Research Group” şirkətinin baş icraçı direktoru Devid Tisin birgə hesabatıdır.

Toya getmədi, 25 minlik hədiyyə aldı

2 Fevral 2017 20:02

Müğənni Demet Akalın rəfiqəsi və həmkarı İşın Karacanın toyuna gedə bilmədiyi üçün ona hədiyyə alıb. O, toy hədiyyəsi olaraq İşına 25 min lirəlik (təxminən 12 min manat) üzük alıb.

Boşanma ərəfəsində olan Tuba Büyüküstündən yeni paylaşım

2 Fevral 2017 19:55

İki gündür boşanma xəbərləri ilə gündəmdə olan Tuba Büyüküstün hələ ki bu barədə açıqlama vermir. İnstaqramın aktiv istifadəçisi olan aktrisa fanatlarının çəkdiyi rəsmləri kollaj edərək paylaşıb.  Həm qısa, həm də uzun saç halı ilə göz qamaşdıran Tuba hər iki modelin ona yaraşdığını nümayiş etdirib. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

"Neftçi"də ispan hücumçu

2 Fevral 2017 19:50

"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.

Məşhur cütlük nişanlandı

2 Fevral 2017 19:49

"X-Men: Apocalypse" (X-Men: Qiyamət) filminin aktrisası Olivia Mann "Green Bay Packers" amerikan futbolu klubunun oyunçusu Aaron Rodgerslə nişanlanıb.