"Neftçi"də ispan hücumçu

"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb.

"Neftçi" qış transfer dönəmində sonuncu transferini həyata keçirib. İspaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb. Sonuncu klubu "Sankt-Pyolten"də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano", "Fuenlabrada", "Alxesiras", "Real Saraqosa" B, "Atletiko Pinto", "Konkense", "Atletiko Baleares", Fransanın "Olimpik Marsel" B, Avstriyanın "Admira Vakker" və "Volfsberger" klublarında çıxış edib. Daniel Seqoviya "Neftçi"də 12 nömrəli formanı geyinəcək. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31