Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov

2017-ci ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici əlaqələr nazirliyinin Baş katibi, səfir Markos Qalvaoya təqdim etdi.

Səfir M.Qalvao səfir E.Poluxovu salamlayaraq ona yeni vəzifəsində uğurlar arzu etdi və iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Öz növbəsində səfir E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğuladı.

Sonra tərəflər arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31