Gündəm
"Hər şeyi aldığım kimi oğlumu da əlindən alacağam"
Futbolçu Caner Erkin ilə keçmiş həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hələ də davam edir.
Beyons hamilədir - əkiz uşaqları olacaq
Müğənni Beyons hamilədir. O, əkiz uşaq anası olacaq. Bu barədə müğənni sosial mediada paylaşım edib. Bu, rep ifaçısı Cey Zi ilə ailəli olan 35 yaşlı Beyonsun ikinci hamiləliyidir. Cütlüyün 5 yaşlı Blu Ayvi adında qızları var.
Rihanna məşhur serialda - video
"Beyts Moteli" ("Bates Motel") serialının 5-ci mövsümünün treyleri yayılıb. Yeni seriyalarda müğənni Rihanna da iştirak edir. O, Merion Kreyn obrazını canlandırır. "Bates Motel"in sonuncu mövsümünün ilk seriyası fevralın 20-də yayımlanacaq.
Videooyun vasitəsilə beyinə müdaxilə mümkündür
Yaxın gələcəkdə insan beyni elan verənlər, xüsusi xidmət orqanları, hakerlər və ya istənilən digər maraqlı tərəflər üçün zəngin informasiya mənbəyi ola bilər. Vaşinqton Universitetinin (ABŞ) tədqiqatçısı Tamara Bonaçi tərəfindən “Enigma” konfransında keçirilmiş sınaq bu fikri təsdiq edib.
Süni intellekt işdən yayınan əməkdaşları müəyyənləşdirəcək
Böyük Britaniyanın “StatusToday” şirkəti əməkdaşların hərəkətlərini izləyərək adi davranış qaydalarından yayınmalara diqqət yetirən korporativ təhlükəsizlik monitorinq sistemi hazırlayıb.
“Ağanatiq” təqdim edildi
“Parni iz Baku” KVN komandasının üzvü Cabir İmanovun rejissorluğu ilə lentə alınan “Ağanatiq” milli komediyası tamaşaçılara təqdim olunub.
Nizami Kino Mərkəzində “Zəngərlər”
Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Zənglər” və milli “Ağanatiq” filmlərinin nümayişinə başlanıb.
Gizem dünyanın ən məşhur serialına çəkiləcək?
Aktrisa Gizem Karaca "BeStyle" dərgisinə müsahibə verib. "İçimdeki Fırtına" serialı ilə ekranlara qayıtmağa hazırlaşan aktrisa dünyaca məşhur olan "Game Of Thrones" ("Taxt oyunları") serialının seçimlərinə qatılacağını bildirib: "Nyu-York Film Akademiyası"nda oxuduğum zamanlar müəllimlərimdən öyrəndiklərim və onların mənim haqqımda dedikləri müsbət fikirlər aktrisalıq planlarımı formalaşdırdı. Artıq xarici bir serialda və ya filmdə yer almaq istəyirəm. Amerikada keçirdiyim uşaqlıq illərimdə ingilis dilini yüksək səviyyədə öyrənməyim karyeram üçün çox yararlı olub. "Game Of Thrones"da iştirak etmək ən böyük arzumdu və bunun üçün seçimlərə qatılacağam".
Qalmaqallı evlilik bitdi - Rəsmən boşandılar
Müğənni Tuğba Özerk 5 ay öncə ailə qurduğu meneceri Altan Nuhdan rəsmən boşanıb. Bir ay əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən cütlüyün evliliyi bu gün rəsmən bitib.
“Viber” messencerində gizli mesajlar funksiyası istifadəyə verilib
"Viber” messencerinin tərtibatçıları həm “Android”, həm də “iOS” mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. “Viber 6.6.0” versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib.
“Apple” smartfon bazarında birinci yeri tutub
"Strategy Analytics" analitik şirkətinin hesabatına görə, "Apple" şirkəti 2016-cı ilin son 3 ayı ərzində "Samsung" şirkəti ilə müqayisədə bazara daha çox smartfon tədarük edib.
Populyar printerlər məlumatlar üçün təhlükə törədir
Gündəlik həyata daxil olan printerlərin kibertəhlükəsizlik üçün yaratdıqları təhdidləri lazımınca qiymətləndirmək lazımdır. Almaniyanın informasiya təhlükəsizliyi üzrə üç eksperti - Yens Müller, Vladislav Mladenov və Yuray Somorovski bu qənaətdədir.
AFFA 80 yaşı tamamlanan futbol veteranını təbrik edib
Futbol veteranı, SSRİ idman ustası, əməkdar məşqçi, "Sumqayıt" klubunun Müşahidə Şurasının üzvüTelman Salahovun 80 yaşı tamam olur.
"Milan"da növbəti zədə
Son oyunlarda uğursuz nəticələr göstərən "Milan"da daha bir futbolçu zədə səbəbindən sıradan çıxıb. 29 yaşlı müdafiəçi Luka Antonelli fevralın 1-də baş tutan məşqdə zədələnib və "Sampdoria" ilə oyunu, böyük ehtimalla buraxacaq. "Rossoneri"nin "zədə palatası"nda Cakomo Bonaventura, Mattia De Şilyo və Davide Kalabriya da var. Vinçenzo Montellanın sərəncamında qalan yeganə sol cinah müdafiəçisi Lionel Vancionidir.
Daha bir publik hüquqi şəxs yaradılır
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.














