"Hər şeyi aldığım kimi oğlumu da əlindən alacağam"

Futbolçu Caner Erkin ilə keçmiş həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hələ də davam edir.

Futbolçu Caner Erkin ilə keçmiş həyat yoldaşı Asena Atalay arasındakı gərginlik hələ də davam edir. Ötən gün İstanbulun Bebek səmtində görüntülənən Caner jurnalistlərə açıqlama verib. Eks-həyat yoldaşının atasına hədiyyə etdiyi "Mercedes" markalı avtomobili əllərindən aldığını deyən futbolçu oğlunun himayədarlığı üçün də məhkəməyə müraciət etdiyini bildirib:

"Avtomobili aldım. Hər şeyi aldığım kimi oğlumu da əlindən alacağam, bunun üçün məhkəməyə müraciət etmişəm. Oğlum Çinarı sağlam bir mühitdə böyüdəcəyəm".

O, Asenanın ondan oğlu üçün tələb etdiyi 451 min lirəlik (təxminən 225 min manat) təzminatı ödəməyəcəyini də qeyd edib:

"Oğlumun bütün xərclərini elə mən qarşılayıram. O, heç nə etmir. Məsələ ilə bağlı vəkillərim artıq hərəkətə keçib".

Qeyd edək ki, Caner bir müddət öncə həyat yoldaşının ona xəyanət etdiyini demişdi. Bu barədə Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31