“Viber” messencerində gizli mesajlar funksiyası istifadəyə verilib

"Viber” messencerinin  tərtibatçıları həm “Android”, həm də “iOS” mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. “Viber 6.6.0” versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib.

"Viber" messencerinin  tərtibatçıları həm "Android", həm də "iOS" mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. "Viber 6.6.0" versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib. İndi "Viber" messencerində göndərilmiş mesajın ləğv olunma vaxtını təyin etmək mümkündür. Səsli mesaj düyməsini tutub saxlamaqla qısa video mesajlardan istifadə etmək olar. Sizin tərəfinizdən çəkilmiş video çatda göstəriləcək və müddəti 30 saniyədən çox ola bilməz.

Birbaşa çatda stikerlər kolleksiyasında axtarış imkanı istifadəyə verilib. Sürətli müraciət üçün @stickers yığmaq və ya "@" simvoluna sıxmaq lazımdır. Bu barədə "ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31