Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

«Azərikimya» İstehsalat Birliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərikimya" İstehsalat Birliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələrinin Ətraf mühitin və təbii sərvətlərin qorunması üzrə yeni təyin olunmuş nümayəndəsi, xanım Valeri Hikinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev son illər Birlikdə həyata keçirilən yenidənqurma, modernizasiya və abadlıq işləri, həmçinin perspektiv layihələr haqqında qonaqlara geniş məlumat verib. Görüşdə sənaye zonasında davamlı olaraq həyata keçirilən ekoloji tədbirlər, Sumqayıt şəhərinin ekoloyi vəziyyəti, sağlam mühitin yaradılmasında "Azərikimya"nın rolu, Kimya Sənaye Parkında icra olunan layihələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Xanım Valeri Hiki Azərbaycanla tanış olmaq, buradakı tərəfdaşlarla görüşmək, dayanıqlı inkişaf və ətraf mühitin yaxşılaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq məqsədi ilə Bakıya səfər etdiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31