Yanğından zəhərlənən professor dünyasını dəyişib

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub. Məlumata görə, BDU-nun “Beynəlxalq münasibətlər” kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının “Sovetski” adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 60 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda “Sovetski” adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.

Tarix elmləri doktoru, professor Pərvin Darabadinin ölüm səbəbi məlum olub. Məlumata görə, BDU-nun "Beynəlxalq münasibətlər" kafedrasının professoru Pərvin Darabadi yanvarın 28-də Bakının "Sovetski" adlanan ərazisində baş verən yanğında tüstüdən zəhərlənib. 60 yaşlı professor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, yanvarın 28-də Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazidə binada baş verən yanğında bir nəfər ölüb, 4 nəfər tüstüdən zəhərlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31