Mingəçevir-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən 154.4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulmasına işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən 154.4 km uzunluğu olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) yenidən qurulmasına işləri aparılır. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihəyə uyğun olaraq avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. 1-ci Mingəçevir-Mingəçevir stansiyası hissəsi (km 0-16.4), 2-ci Aran-Qarağacı hissəsi (km 0-26) və 3-cü isə Qarağacı-Bəhramtəpə hissəsidir (km 26-138). 16.4 km-lik Mingəçevir-Mingəçevir stansiyası hissəsində yenidənqurma işlərinə ötən il start verilib və işlərin bu ilin yay aylarında yekunlaşdırılması planlaşdırılır. Sözügedən hissə 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni 7.5 metr olmaqla ümumi eni 15 metr təşkil edəcək və 2 hərəkət zolağından ibarət olacaq. Hər iki istiqamət üzrə çiyinlərin eni isə 3.75 metr olacaq. Yol geyimi konstruksiyasının qalınlığı 72 sm olmaqla bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Hazırda sözügedən hissədə torpaq işləri yekunlaşmaq üzrədir. Təqribən 11 km-lik ərazidə əsasın alt layı və qırmadaş lay, 9.5 km-lik ərazidə isə bitumlu əsas lay və əlaqələndirici lay inşa edilib. Bundan başqa Kürəkçay üzərində 1 aşırımlı və 18 metruzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılır.

Qeyd edək ki, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması ilə yol boyu yaşayan vətəndaşların istər Gəncə-Qazax, istər Qax-Balakən, istərsə də Beyləqan-Füzuli, Saatlı-Şirvan və Bakı istiqamətlərinə rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31