Gündəm
Binəqədidə “Xocalı harayı” adlı tədbir keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, , YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov və s. iştirak edib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovçıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Deputat: "Cəbub Qaz Dəhlizi" Azərbaycanın Avropaya inteqrasiyası baxımından mühüm rol oynayacaq
"Cənub Qaz Dəhlizi" ilk növbədə milli iqtisadiyyatımızın daha da inkişafı, milli gəlirlərimizin artması üçün mühüm layihədir.
Mehriban Əliyeva: Sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib:
Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi "Dövlətqaçqınkom"a tapşırıldı
Erməni işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məsələləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb.
XİN: Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərə açılmış cinayət işi ilə bağlı ölkələrinə məlumat veriləcək
Bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması ilə əlaqədar Baş Prokurorluq cinayət işi açıb və bu xüsusda zəruri əməliyyat-istintaq hərəkətləri atılır.
"Azərbaycan, Türkiyə və bütün türk dünyası Ermənistanın yalan təbliğatına qarşı birləşməlidir"
Ermənilər bütün dünyaya "erməni soyqırımı" mifini təbliğ etməklə yanaşı, çalışırlar ki, onlar tərəfindən Xocalıda törədilmiş soyqırım beynəlxalq səviyyədə tanınmasın.
Milli qəhrəmanlar haqqında məlumatlar bir neçə dildə Vikipediyaya yerləşdirildi
Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və Vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
Rusiyanın ən titullu "vor zakon"u və onun azərbaycanlı cangüdəni həbs edildi
Ötən həftə Rusiya kriminal aləminin daha bir "xaç atas"ı Yuriy Piçuqin həbs edilib. Bu, Zaxari Kalaşnikovun həbsindən sonra ən səs-küylü hadisədir. Piçuqa ləqəbilə tanınan "oğru" fevralın 18-də Moskvada 72 saat müddətinə saxlanılıb. Sonra təyyarə ilə Komiyə gətirilib. Sıktıvkar məhkəməsi dünən onun barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.
Fikir, söz və məlumat azadlığından sui istifadə etmək olmaz
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı.
Əflatun Amaşov Brüsseldə “Xocalıya ədalət” mitinqində iştirak edib
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Brüsseldə, Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının qərargahı önündə “Xocalıya ədalət” şüarı altında keçirilmiş mitinqdə iştirak edib. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitingdə Ə.Amaşov bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb: “Məqsəd bəllidir – Qafqazda türk varlığına son qoymaq. Xocalı soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədildi.
Sarkisyanın ümidi "gözəlçələrə" QALDI: Ermənistanı bu qızlar İDARƏ EDƏCƏKLƏR
Ermənistanda hakim Respublika Partiyasının aprelin 2-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri diqqət çəkir. Serj Sarkisyanın namizəd siyahısında çoxsaylı gənc və gözəl qızlar yer alıb.
Azərbaycanda narkoman qadınların sayı artıb - STATİSTİKA
Azərbaycanda rəsmi qeydiyyata alınan narkomanların arasında qadınların sayı artıb. Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-cı ildə 592-si, 2016-cı ildə isə 612-si qadın olub.
Ekspert: "“Cənub Qaz Dəhlizi” Azərbaycanın regional mövqeyini gücləndirəcək"
"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Azərbaycanın regional mövqeyini gücləndirməyə imkan verəcək. Bunu "Mediterranean Energy Political Risk Consultancy"nin siyasi risklər və enerji məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.
Bilik Fondu Xocalı faciəsinin ildönümü qeyd etdi
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yeni normativ-hüquqi aktların layihələrini müzakirə edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.














