Gündəm

Smartfonu 50 sm məsafədən hava vasitəsilə enerji ilə dolduran qurğu təqdim edilib

24 Fevral 2017 19:04

Simsiz enerjidoldurma müasir cihazlarda uğurla tətbiq edilir. Bununla belə bu texnologiya hələ ki məsafədən asılıdır. Bir çox şirkətlər bu istiqamətdə müəyyən işlər görürlər. Məsələn, “Disney” şirkəti cihazları enerji ilə dolduran otaq qurub, “uBeam” startapı, həmçinin bu yaxınlarda öz həllini nümayiş etdirib. İndi “Indiegogo” resursunda tanıdılan “MotherBox” layihəsinin yaradıcıları təxminən 50 sm məsafədə 2 vatt gücündə enerjini ötürməyə söz verirlər.

“Xudafərin/Qız qalası” layihəsi icra olunur

24 Fevral 2017 18:56

İran İslam Respublikasında səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Komissiyanın həmsədri, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Araz çayı üzərində reallaşdırılan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihəsinin icrasının gedişi tanış olublar.

Prezident İlham Əliyev Küveyt Əmiri və Nazirlər Kabinetinin Sədrini təbrik edib

24 Fevral 2017 18:52

Prezident İlham Əliyev Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Prezident İlham Əliyev 16 milyon manat ayırdı

24 Fevral 2017 18:49

Prezident İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Dumanın deputatı: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması digər ölkələr üçün müsbət nümunədir"

24 Fevral 2017 18:47

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması digər ölkələr üçün müsbət nümunə ola bilər. Bunu Rusiya Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Valençuk deyib.

"Sən alçaqsan..." - Polkovnikin məhkəməsində QALMAQAL

24 Fevral 2017 18:39

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Türkiyə XİN Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə BƏYANAT YAYDI

24 Fevral 2017 18:36

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə bəyanat yayıb.

14 yaşlı qız anasının sevgilisi tərəfindən zorlandı

24 Fevral 2017 18:35

Türkiyədə 14 yaşlı qız anasının sevgilisi tərəfindən dəfələrlə zorlanıb. Bununla bağlı keçirilən məhkəmə prosesində dəhşətli detallar ortaya çıxıb. 14 yaşlı B.N.E. (ad və soyad tam açıqlanmır) deyib ki, anasının sevgilisi onlarla bir evdə yaşayırmış: "Anamın sevgilisi "Sənin anan mənim üçün heç nə ifadə etmir, mən bu evdə sənin üçün qalıram", - dedi.

Respublikanın çaylarında mövcud vəziyyət

24 Fevral 2017 18:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” –a verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə 110-220 faizini təşkil edir.

Vidadi Muradov: "Xalçaçılığın dirçəldilməsi və təbliği Mehriban xanımın adı və faəliyyəti ilə bağlıdır"

24 Fevral 2017 18:24

Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi bütün respublika ictimaiyyəti tərəfindən böyük sevinc hissi ilə qarşılanıbr. Bu təyinat Azərbaycan qadınının yeni bir tarixi nailiyyəti, fəth etdiyi yeni bir zirvədir.

İki uşaq anasının onu zorlayan şəxsdən QİSASI AĞIR OLDU

24 Fevral 2017 18:22

Dünən gecə Türkiyənin Sakarya vilayətində 39 yaşlı iki uşaq anası N.A. ona təcavüz etdiyini dediyi 37 yaşlı L.A. adlı TIR sürücüsünü güllələyib. Sürücü L.A. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Azərbaycanda "Quş qripi" AŞKARLANIB?

24 Fevral 2017 18:20

"Quş qripi"nə görə aparılan növbəti monitorinq başa çatıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX)  verilən məlumata görə, "Quş qripi" xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl, 15 baş ev quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfat-larından gətirilən 2431 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Xocali şagirdlərin gözü ilə

24 Fevral 2017 18:15

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Xocalı Faciəsinin 25-çi ildönümü ilə əlaqədar “Xocalını unutmayaq!” adlı  növbəti tədbirini 24 fevral 2017-ci il tarixində Xəzər rayonunda yerləşən Kəlbəcər rayonunun 14 saylı orta məktəbində keçirdi. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov  çıxış edərək bildirdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini və müsibətin konkret faktlarını söyləyib, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşüb. “Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanılıb.

Avropa Komissiyası önündə Xocalı mitinqi keçirildi

24 Fevral 2017 18:13

Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azerbaycanlıların və digər Türkdilli Xalqlarin Əməkdaşlıq Mərkəzi Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə aksiya keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, mitinqi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov açaraq ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd ediblər. Ayhan Dəmirçi qeyd edib ki, ermənilərin regionda apardığı bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda bütün dünyada insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb.

İqdırda Xocalı faciəsi qeyd edilib

24 Fevral 2017 18:13

Xocalı spyqırımının 25-ci ildönümü ilə bağlı İqdırda tədbir keçirilib. Azərbaycanın Qars Baş Konsulluğunun dəstəyi TADDEF Iqdır Azərbaycan Evi tərəfindən keçriilən tədbir Zübeyde Hanım Bulvarında gerçəkləşib. Azərbaycanın Qars Baş Konsulluğunun rəsmiləri, İqdır və Qars valiliklərinin rəsmiləri və s. iştirakı ilə keçirilən tədbirdə çıxış edən İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal erməniərin Xocalıda həyata keçirdikləri soyqırım barədə ətraflı məlumat verib. Sonda “Xocalı faciəsi” adlı şer, inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.