Avropa Komissiyası önündə Xocalı mitinqi keçirildi
Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azerbaycanlıların və digər Türkdilli Xalqlarin Əməkdaşlıq Mərkəzi Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə aksiya keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, mitinqi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov açaraq ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd ediblər. Ayhan Dəmirçi qeyd edib ki, ermənilərin regionda apardığı bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda bütün dünyada insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb.
24 Fevral 2017 18:13 SosialBelçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azerbaycanlıların və digər Türkdilli Xalqlarin Əməkdaşlıq Mərkəzi Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Xocalı faciəsinin 25-cü ildönümü ilə bağlı Brüsseldə - Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının binası önündə aksiya keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, mitinqi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov açaraq ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd ediblər. Ayhan Dəmirçi qeyd edib ki, ermənilərin regionda apardığı bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda bütün dünyada insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb. İlham İsmayılov bildirib ki, faciənin miqyasının dünyaya çatdırılması eyni zamanda Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği baxımından son dərəcə vacibdir. Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirilib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, qeyd edib ki, ermənilər uzun illərdir qondarma "erməni soyqırımı" iddiası ilə dünya gündəmini işğal ediblər. Bu bir gerçəkdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini görür, dünyanın real idarəçilik prinsiplərindən uzaqlaşır. Millət vəkili ermənilərin bu fəaliyyətlərinə qarşı əks təbliğatın aparılmasının zəruriliyindən də söz açıb. O qeyd edib ki, Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması yalnız ümumi işin xeyrinədir. "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin , Türk Gent ocagı kurucu başkanı Recep Tuncer Sarı, Holandiya Azerbaycan Evinin rehberi İlhan Aşkın və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər. 200 nəfəre yaxın nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub və Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunub.