Gündəm

Alimlər ərlə arvadın bir-birinə BƏNZƏMƏSİNİN SİRRİNİ ÇÖZDÜ: sən demə...

2 May 2017 20:15

Bu yaxınlarda alimlər cütlüklərin bir-birinə bənzəməsi ilə bağlı maraqlı nəticəyə gəlib.  Tədqiqatçılar 879 ər-arvadın iştlrakı ilə eksperiment aparıb. Məlum olub ki, onların əksəriyyətinin ümumi genləri var. Elm adamları bu qanunauyğunluqları sivilizasiya tarixiylə izah edib. Tədqiqatçıların sözlərinə görə, Orta əsrlərdə öz uzaq qohumları ilə nikahlar qəbul edilirdi. Buna misal olaraq köhnə dünyanın kral ailələrinin nümayəndələrini xatırlatmaq olar. Beləliklə "qohumluq genləri" bütün Avropada yayılıb. Ona görə də hətta indi, internet-tanışlıq dövründə insanların öz oxşarlarına rast gəlməsi və aşiq olması təəccüblü deyil.

“Samsung” uşaqlar üçün mobil proqram hazırlayıb

2 May 2017 20:06

Son zamanlar “Samsung” şirkəti faydalı mobil proqramlar hazırlayır. Aprelin əvvəlində “Samsung”un Niderlandda fəaliyyət göstərən bölməsi yollarda baş verən qəzaların sayını minimuma endirmək üçün “In-Traffic Reply” mobil proqramını hazırlayıb, iki həftə sonra Cənubi Koreya şirkətinin İtaliyada yerləşən bölməsi nitq qüsurlu insanlar üçün “Wemogee” proqramını təqdim edib. Bu günlərdə “Samsung” tərəfindən buraxılmış “Marshmallow” adlı mobil proqram sayəsində valideynlər öz uşaqlarının smartfonlardan istifadəsinə nəzarət edə bilirlər.

“S-NET” sistemi daşqının başlanmasını müəyyənləşdirəcək

2 May 2017 19:55

Bu yaxınlarda Yaponiyada quraşdırılan yaxınlaşan sunami haqqında xəbərdarlıq sistemi 2011-ci ildə Tohoku regionunda sonradan daşqınla nəticələnən miqyaslı zəlzələ zamanı itkilərin sayını azalda bilərdi. Məhz iyirmi iki min insanın həyatına son qoyan təbii fəlakət Hokkaydo Universitetinin tədqiqatçısı Yuitiro Taniokanı mümkün sunami haqqında yeni xəbərdarlıq texnologiyasını hazırlamağa sövq edib.

Mobil proqram mağazaları yükləmələrin sayına görə yeni rekorda nail olublar

2 May 2017 19:50

“App Store” və “Google Play” mağazaları proqramların yüklənməsi sayına görə yeni rekorda imza atıb. Cari ilin birinci rübündə istifadəçilər dünyada təxminən 25 milyard yükləmə həyata keçiriblər.

“Google” qeyri-dəqiq xəbərlərlə mübarizə üçün yeni mexanizm istifadəyə verib

2 May 2017 19:45

Son aylar “Google” şirkəti axtarış sisteminə çıxarılan xəbərlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aktiv işlər görür. Aprelin sonunda məlum olub ki, şirkət axtarış nəticələrində təhqiredici postların sayını azaltmaq niyyətindədir, daha sonra axtarış nəhəngi müxtəlif təşkilatların xəbərlərdə göstərilən faktların yoxlanılması ilə məşğul olması üçün onlarla əməkdaşlığa başlayıb. Bu günlərdə “Google” istifadəçilər üçün yeni əks-əlaqə mexanizmini təqdim edib ki, onlar axtarış nəticələrində qeyri-dəqiqliklər və ya təhqiredici xəbərlər haqda məlumat verə bilsinlər.

“Microsoft HoloLens” eynəyi kosmosda tətbiq ediləcək

2 May 2017 19:40

Finlandiyanın “VTT Technical Research Centre” şirkətinin tədqiqatçıları astronavtlara daha dəqiq və effektiv olmağa imkan verəcək əlavə reallıq və “Hololens” kaskası üçün proqram hazırlayıblar.

İkinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlanılıb

2 May 2017 19:36

“Google” şirkəti ikinci nəsil “Pixel” smartfonlarının sınaqlarına başlayıb. Şirkət əməkdaşına bir sıra sınaqların keçirilməsi üçün “Walleye” kod adı ilə qurğu təqdim edilib. Bundan əvvəl əldə olunan məlumata görə, bu, “Pixel XL 2” smartfonudur.

“iOS” mobil əməliyyat sistemində hansı yeniliklər gözlənilir?

2 May 2017 19:31

“iOS 11” mobil əməliyyat sistemi yayın əvvəlində “WWDC 2017” tədbirində təqdim ediləcək və 3 ay ərzində beta-versiya statusuna malik olacaq. Sentyabrda sözügedən sistemin yekun versiyası hazır olacaq.

"Kara sevda" 5 seriadan sonra bitir

2 May 2017 19:27

Toya hazırlaşan aktyor Burak Özçivit və aktrisa Fahriye Evcen məkanlardan birində jurnalistlərin suallarını cavablandırıblar. Burak "Kara sevda" serialındakı tərəf müqabili Neslihan Atagüllə küsülü olduğu barədə xəbərlərə aydınlıq gətirib: "Mənim heç kimlə problemin yoxdur. Çəkiliş meydançasında heç bir problem yoxdur. Mətbuatda yazılanların bizimlə əlaqəsi yoxdur".

"Cesur ve Güzel" gələn il də davam edəcək - TƏSDİQLƏNDİ

2 May 2017 19:22

"Cesur ve Güzel" serialının bitəcəyi ilə bağlı xəbərlər yayılıb.  Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün baş rollarda çəkildiyi ekran işinin ssenari müəllifi Ece Yörenc layihədən ayrıldıqdan sonra iddialar güclənib.

Cennifer Lopes yeni şouya başlayır

2 May 2017 19:18

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes yeni şouya qatılacaq. O, ABŞ-ın NBC telekanalı ilə nümayiş ediləcək "World Of Dance" rəqs müsabiqəsinin münsiflər heyətinin üzvüdür.

Oğurluqdan tutulan qızın istintaq FOTOsu təəccübləndirir

2 May 2017 19:12

Cənubi Karolina ştatında qadının istintaq zamanı çəkilən şəkilləri hər kəsin diqqətini çəkib. Amerikanın Cənubi Karolina ştatında Morqan Coys Varn adlı 24 yaşlı qadın evinə dəvət etdiyi kişini soyduğuna görə həbs edilib.

Saç ustası özünü həkim kimi təqdim etdi, qızın dodaqlarını bu hala saldı

2 May 2017 19:08

Merve Keleş adlı qadın saxtakarlığın qurbanı olub. O, özünü həkim kimi təqdim edən, əslində isə saç ustası olan Soner G.yə 500 lirə verərək dodaqlarına silikon etdirib. Onun dodağındakı silikon 1 həftəyə əriyib. Merve bu dəfə 1000 lirə verərək yenə silikon etdirib. Bir müddət sonra Merve görüb ki, dodaqları qızarır və şişir.

Dünyanın ən sürətli fotokamerası : saniyədə 5 milyon kadr çəkir 

2 May 2017 19:05

İsveçdə dünyanın ən sürətli fotokamerası yaradılıb. Bu kamera saniyənin 0,2 trilyonunda şəkli çəkir. İsveçin Lund Universitetinin alim qrupu bu aparatı hazırlamaqla rekord vurub. Bu fotoaparat saniyədə 5 milyon kadr çəkə bilir.

"Gedib kiminsə ərini əlindən almıram" - Rəqsanədən Xatuna

2 May 2017 19:00

Müğənni Rəqsanə İsmayılova həmkarı Xatun Əliyevanın ünvanına sərt sözlər deyib. Xatun həmkarını onun toy məclislərini əlindən almaqla, çörəyinə bais olmaqla günahlandırıb.