Gündəm

Kişilər qadınları niyə qısqanır? - 5 ƏSAS SƏBƏBİ

2 May 2017 18:56

Qısqanclıq daha çox kişilərdə rast gəlinən haldır. Bəzən kişilərin qısqanclığı ailənin dağılmasına da gətirib çıxarır. Müasir dövrdə evlilik və münasibətlərdə böyük problemlərə yol açan qısqanclıq hissi şiddət və vəhşiliklərə səbəb olur. Münasibətlərin başlanğıcında bərabərliyin güclənməsi üçün faydalı olsa da, bir müddət sonra insanın düşüncəsini alt-üst edir.

Körpələrdə bişməcəni sağaldan TƏBİİ ÜSULLAR

2 May 2017 18:53

Körpələrdə olduqca geniş rastlanan bişməcə müxtəlif səbəblərlə bağlı olur. Bişməcə körpənin bez istifadə edilən bölgəsində qızaran iltihablı nahiyəyə deyilir. Körpənin qidasını dəyişdirməsi, təmizliyi üçün istifadə edilən losyon, nəm salfetlər, sabunlar da bişməcəyə səbəb ola bilər. Bundan başqa, körpənin bezini uzun müddət dəyişdirmədən saxlamaq bu problemi qaçılmaz edir.  

İnsan gözlü meymun hamını HEYRƏTƏ SALIR

2 May 2017 18:50

Mavi gözlü, beş yaşlı dişi oranqutan əsirlikdən xilas olunub. Meymun İndoneziyanın Borneo adasında xilas edilib. Bu meymunu xilas etmək üçün fəallar hətta fond da yaratmışdılar.

Rusiyada oyuncaq fabriki yandı

2 May 2017 18:47

Rusiyanın Perm vilayətində oyuncaq fabrikində güclü yanğın baş verib. Bu barədə Perm vilayəti Fövqəladə Hallar Xidməti məlumat yayıb. Məlumata görə, Krasnokamsk oyuncaq fabrikində yanğın gündüz saatlarında qəflətən baş verib.

6 il həbsdə yatan türk müğənni azadlığa çıxır

2 May 2017 18:44

Türkiyənin məşhur müğənnisi Dəniz Səki həsxanadan buraxılır.  Bakırköy qadın cəza evində həbs həyatı yaşayan müğənni iyunun 5-də azadlığa çıxacaq.

Xaçmazda Konfrans keçirilib

2 May 2017 18:40

Mayın 2-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, biznes inkubator iştirakçılarının və sahibkarların iştirakı ilə “Kənd yerləri və regional inkişafa dəstək proqramının Azərbaycan Respublikasında icrasına texniki yardım layihəsi”nin təqdimatı keçirilib.

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

2 May 2017 18:33

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

2 May 2017 18:19

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşı İŞİD-çiyə ərə gedibmiş...

2 May 2017 18:16

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı Daniela Qrin İŞİD terrorçusuna ərə gedibmiş.  FTB-də Qrinə İŞİD terror qruplaşmasının üzvü Denis Kuspert barədə araşdırmalarda iştirak etmək tapşırılıbmış. FTB-nin tərcüməçisi olan Qrin rəhbərliyə getmək istədiyi yer barədə yalan məlumat verərək Kuspertə onun haqqında araşdırma aparılması barədə məlumat ötürüb. Bundan sonra onlar arasında qarşılıqlı etibar yaranıb və cütlük 2014-cü ildə ailə həyatı qurub.

Cinayət törətdiyi üçün Rusiyaya qaçan azərbaycanlı ölkəyə təhvil veriləcək

2 May 2017 18:16

Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək. Həmin şəxs Azərbaycanda ağır cinayət törətməkdə ittiham edilir. O, 2015-ci ildə tanışını bıçaqlayıb. Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

12 kənd qəfil qaranlıqda qaldı - SƏBƏBİ GÖRƏNLƏRİ ŞOKA SALDI - VİDEO

2 May 2017 18:09

Türkiyənin Muş rayonunda 12 kəndi elektrik enerjisi ilə təmin edən Sürügüden stansiyasında 2 metrlik ilan qəzaya səbəb olub.  Sürügüden enerji xəttində elektrik dirəyinə çıxan 2 metrlik ilan naqillərlə elektrik dirəyi arasındakı axına "düşərək" tələf olub. İlanın stansiyadakı partlayışa səbəb olmasıyla 12 kənd işıqsız qalıb.

Qlobal nizama doğru: inqilabi situasiya və transformasiya mexanizmləri

2 May 2017 18:06

Müxtəlif analitik mərkəzlər və tanınmış mütəxəssislər qlobal geosiyasi nizamın gələcək taleyindən narahatlıq keçirirlər. Onların apardıqları analizlər göstərir ki, hazırda geniş miqyasda ciddi ziddiyyətlər meydana gəlib və dünya düzəninə təsirlər artıb. Bu təsirlər yekunda mürəkkəb bir mənzərə yaratmaqdadır. Çünki, əslində, yeni qlobal geosiyasi nizam formalaşmalıdır.

Millət vəkili: “Forum dünyanı xilas etmək yolunda mühüm təşəbbüsdür”

2 May 2017 18:03

“Müasir dövr ziddiyyətlər dövrüdür. Keçən əsrlərdə baş verən, unudulduğu düşünülən ziddiyyətlər yeni ortaya çıxmış və bütövlükdə planeti təhlükəyə doğru sürükləməkdədir”. Bunu  millət vəkili Tahir Mirkişili 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikirlərini bölüşərkən deyib.

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

2 May 2017 17:59

Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Azərbaycanın və Türk dünyasının görkəmli şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib.

"Türkiyə Avropadan uzaqlaşır"

2 May 2017 17:48

"Tükiyə Ərdoğanın dövründə Avropa İttifaqından üz döndərib. Hamıya aydındır ki, ən azı hal-hazırda Türkiyə Avropa perspektivindən uzaqlaşır".