Gündəm
Xəstəlikdən dünyasını dəyişən aktrisanın SEVGİLİSİ GÖRÜN kim imiş
Bir neçə gün bundan öncə əstəlikdən dünyasını dəyişən azərbaycanlı aktrisa Mila Əminə ilə bağlı yeni məqamlar aşkara çıxıb.
Məmmədbağır Bağırzadə ilə bağlı 33 illik SİRR AÇILDI
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər mərhum xalq artisti Məmmədbağır Bağırzadə ilə bağlı heç yerdə demədiyi sirri açıb. Açıqlama verən bəstəkar illəröncə baş verən bir hadisəni xatırladıb: “Sovetin qılıncının qəbzəsinin də kəsən vaxtları idi. Onda bəstəkar yazdığı mahnıya görə müğənnidən pul almazdı. Buna görə cəzalana bilərdi. Çünki bu məsələ Bədii Şuranın nəzarəti altında idi. Biz əsərimizi, mahnımızı Bədii Şuraya təqdim edirdik və buna görə də qonorar alırdıq. Bir gün dedilər ki, Məmmədbağır Bağırzadə təcili səni axtarır.
Akif Çovdarovun məhkəməsində Tağı Əhmədovun nümayəndəsi çıxış etdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm"
Mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bunu Milli məclisin üzvü, AMEA Şərqçünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir
Avqustun 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsində görülən işlərlə tanış olub. “Olaylar” xəbər verir ki, media nümayəndələrinə məlumat verilib ki, artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.
“Azərbaycan milli ideologiyasında qadınların rolu”
“Azərbaycan milli ideologiyasında qadınların rolu”mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilib.
“İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib
Balakən rayonunun Beçağar kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində Vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur.
Dünyada baş verən qarşıdurmalar 3-cü dünya müharibəsi üçün zəmin yaradır
“Bugün dünyada baş verən geosiyasi qarşıdurmalar birmənalı şəkildə 3-cü dünya müharibəsi üçün zəmin yaradır”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev bildiib ki, proseslər çox gərgin və nizamsız şəkildə cərəyan edir: “Əslində isə böyük güclər öz ssenariləri üzrə prosesi davam etdirirlər.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir
Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.
Politoloq: “Koreya Azərbaycan münasibətlərində dinamika var”
Koreya Azərbaycan münasibətlərində dinamika var. Bizim iqtisadiyyat, kompyuter texnologiyaları sahəsində inkişaf etmiş əlaqələrimiz var. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu BMT-nin sabiq baş katibi Pan Gi Munun Azərbaycan-Koreya münasibətləri haqqındakı fikirlərini şərh edərkən deyib.
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, Latviyanın sabiq Prezidenti Valdis Zatlersi, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevnelievi və Petar Stoyanovu, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçi, İsrailin sabiq Prezidenti Dalia İtziki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciyanı, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətini qəbul edib.
Ramos La Liqanın antirekordçusu oldu
Madird "Real"ının kapitanı Serxio Ramos ölkə çempionatının ilk turunda "Deportivo" ilə səfər matçından növbəti dəfə meydandan qovulub. İspan müdafiəçi aldığı 18-cı qırmızı vərəqə ilə La Liqa tarixində Pablo Alfaro və Xavi Aquadonun antirekorduna şərik çıxıb.
Batutçularımızdan növbəti medal sevinci
Azərbaycanın batut gimnastikası üzrə yığma komandasının üzvləri növbəti beynəlxalq turnirdə iştirak ediblər. Açıq Slavyan Oyunlarına ev sahibliyi edən Minskdə dünya kuboku mərhələsi də başa çatıb. Ardıcıl olaraq iki yarışda çıxış etməyin həyəcanı və yorğunluğu gimnastlarımızın uğurlu çıxış etməsinə heç də mane olmayıb. Belə ki, ölkəmizi təmsil edən qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramlarını dəqiqliklə yerinə yetirərək, hakimlərdən yüksək xal almağı bacarıblar. Qızlarımız yalnız Belarus komandasından geri qalaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərdi proqramda isə xanım gimnastlarımız final mərhələsinə adlaya bilməyiblər.
Türkiyədə avtobus aşdı: 20 turist yaralı
Türkiyənin Antalya vilayətində turistləri aparan avtobus aşıb. Hadisə nəticəsində 20 turist xəsarət alıb. Qəzanın səhər saatlarında baş verdiyi bildirilir. Yaralıların hamısı xəstəxanaya çatdırılıblar.
Qırx gün deyil, qırx il ötdü...
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, dramaturq, tərcüməçi Adil Babayevin (1925-1977) qısa omür payının yarıdan çoxu – bütün uşaqlığı, gəncliyinin ən gözəl çağları, - məhrumiyyətlər, müxtəlif təzyiqlər içində keçib. Lap körpə ikən atasını itirib.














