Politoloq: “Koreya Azərbaycan münasibətlərində dinamika var”

Koreya Azərbaycan münasibətlərində dinamika var. Bizim iqtisadiyyat, kompyuter texnologiyaları sahəsində inkişaf etmiş əlaqələrimiz var. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu BMT-nin sabiq baş katibi Pan Gi Munun Azərbaycan-Koreya münasibətləri haqqındakı fikirlərini şərh edərkən deyib.

Koreya Azərbaycan münasibətlərində dinamika var. Bizim iqtisadiyyat, kompyuter texnologiyaları sahəsində inkişaf etmiş əlaqələrimiz var. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu BMT-nin sabiq baş katibi Pan Gi Munun Azərbaycan-Koreya münasibətləri haqqındakı fikirlərini şərh edərkən deyib. Politoloq deyib ki, Pan Gi Mun BMT-nin baş katibi olmazdan əvvəl Cənubi Koreyanın XİN rəhbəri idi: "Mən çox arzulayardım ki, Pan Gi Mun indi Azərbaycanı tanıdığı kimi BMT-də olarkən də Azərbaycanı tanıyardı. O, BMT postunda olarkən son illərdə adı korrupsiyada hallandı. Bu məsələ Koreyada prezident olmasına əngəl yaratdı". Politoloq hesab edir ki, Pan Gi Munun korrupsiya faktında adının hallanmasının səbəbi bilərəkdən və ya bilməyərəkdən başına ermənilərin toplanması idi. M. Əhmədoğlu əlavə edib ki, Pan Gi Mun iki dəfə Azərbaycana səfərini təxirə saldı, BMT xətti ilə keçirilən konfransda iştirak edə bilmədi: "Lakin hesab edirəm ki, Azərbaycanın böyük uğuru Pan Gi Munun dövründə əldə edildi. Biz onun dövründə BMT TŞ-nın qeyri-daimi üzvlərindən biri seçildik. Hesab edirəm ki, Pan Gi Mun siyasi həyatda irəliləyəcək və Azərbaycanla münasibətlərə xüsusi önəm verəcək". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31