Gündəm

Dövlət müəssisəsindən oğurluq edən tutulub

21 Avqust 2017 14:00

Sumqayıtda dövlət müəssisəsindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də şəhər ərazisindəki MMC-lərdən birinin inzibati binasından və Regional Mədəniyyət və Turizm İdarəsindən mobil telefon, qol saatı, gödəkcə, idman çantası, noutbuk və elektron kart oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Mahmudov tutulub.

Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək

21 Avqust 2017 13:59

Kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust tarixində Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.

Bakı sakinini şantaj edərək 3600 manat pul aldı

21 Avqust 2017 13:58

Bakı sakinini şantaj edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib, 3600 manat pulunu alıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

Türkiyə I Dünya müharibəsindən sonra ilk dəfə... - Terror təşkilatı DƏNİZLƏRƏ ÇIXIR

21 Avqust 2017 13:56

ABŞ-ın “Ən-Nüsra” Cəbhəsi bəhanəsilə İdlibə hücum əməliyyatını planlaşdırması Astana üçlüyü olan Türkiyə, Rusiya və İranı hərəkətə gətirib.İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiridən sonra Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov İdlib mövzusu ilə əlaqədar Ankaraya gələcək.

“Kopenhagen” - “Qarabağ” oyununu ispaniyalı Mallenko idarə edəcək

21 Avqust 2017 13:52

Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” - “Qarabağ” matçının təyinatları açıqlanıb.  Avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq.

Məkkədə zəvvarların qaldığı hoteldə yanğın olub

21 Avqust 2017 13:50

Səudiyyə Ərəbistanının Məkkə şəhərinin əl-Əziziyyə rayonunda türk zəvvarların qaldığı hoteldə yanğın olub.  600 nəfərin qaldığı hotel binasının 8-ci mərtəbəsindəki kondisioner yanıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Könül Xasıyevaya pul "atan" qadın barədə HƏBS QƏRARI

21 Avqust 2017 13:47

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub.  Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan  tədbirinin seçilməsi haqqında qərar qəbul edib.  Bu barədə qafqazinfo-ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

ABŞ-dan Rusiyaya qarşı SƏRT ADDIM

21 Avqust 2017 13:44

ABŞ cari ilin avqustun 23-də bütün Rusiya üzrə qeyri-miqrasiya vizaların verilməsini müvəqqəti dayandırır. Bu haqda ABŞ-ın Rusiyadakı səfirliyindən bildirilib.

Məktəbin damından yıxılaraq ölüb

21 Avqust 2017 13:40

Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayondakı 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb

21 Avqust 2017 13:39

Azərbaycandan bu il Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) “Olaylar”a verilən məlumata görə, ilk zəvvar qrupları təyyarə ilə avqustun 24-də səhər saat 06:10-da Səudiyyə Ərəbistanına yollanacaq. Digər iki qrup isə bu uçuşdan bir saat sonra yola düşəcək. Növbəti qruplar avqustun 25-26-da, gündə 2 reys olmaqla, ziyarətə gedəcək. Ziyarətdən dönüş isə sonuncu səfər uçuşu tarixindən (26 avqust) 18 gün sonra başlayacaq və hər gün iki reys olmaqla, 3 gün davam edəcək.

Kür çayında suyun səviyyəsində azalma  müşahidə olunur

21 Avqust 2017 13:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.

Bərdədə maşın 3 nəfəri vurdu

21 Avqust 2017 13:36

Avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsəd çıxarıb

21 Avqust 2017 13:35

Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

“AtaTravel” aksiya keçirir

21 Avqust 2017 13:34

Avqustun 21-dən “AtaTravel” MMC-dən bilet və ya tur alan müştərilərə “Paris Gallery” mağazasından hədiyyə kuponu təqdim olunacaq. “OLAYLAR “-a şirkətdən daxil olan məlumata görə, AtaTravel” MMC müştərilərə yay mövsümündə ölkə daxilində və xaricində maraqlı turlar təklif edir. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, şirkət ənənəvi turlarla yanaşı yay məzuniyyətləri dövrünü nəzərə alaraq, Azərbaycanın regionları üzrə gəzməli yerlərə qısamüddətli turlar hazırlayıb. Yeni maraqlı marşrutlar işlənib hazırlanıb, tur iştirakçıları yüksək servis xidməti və rahat şəraitlə təmin olunurlar. 

Birincə  sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib  

21 Avqust 2017 13:33

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 (saat 12:30) uşağın sənədi məktəbə təqdim edilib. BŞTİ-nin nəzdindəki ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.