Gündəm

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək

12 Oktyabr 2017 17:12

Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5 tələbə təhsilini Yunanıstanda davam etdirəcək. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tələbələr arasında keçirilən müsahibənin nəticələri, ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyətinə görə Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə etmişlər.

“Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək

12 Oktyabr 2017 17:11

Paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən keçiriləcək “Ən yaxşı məktəb saytı” müsabiqəsində İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edəcək. Müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçiriləcək.

Bakıda “Atalar və Qızlar” festivalı keçiriləcək

12 Oktyabr 2017 17:10

Oktyabrın 14-də Bakıda 11 Oktyabr Beynəlxalq Qızlar günü münasibətilə “Atalar və Qızlar” festivalı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Festivalın əsas məqsədi müxtəlif fəaliyyətləri təşkil etməklə ata və qız övladı arasında emosional və mənəvi əlaqələri gücləndirmək, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə münbit mühiti yaratmaqdır.

BŞTİ-də könüllülərə arayış təqdim olunub

12 Oktyabr 2017 17:07

Oktyabrın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) IV könüllülük proqramında iştirak etmiş gənclərə arayışlar təqdim olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və IV könüllülük proqramını başa vuran gənclər iştirak edib.

O xəritə Rusiyanın sifarişidir” - Türk mediasından şok iddia

12 Oktyabr 2017 17:06

Ötən həftə ölkə gündəmini zəbt edən "Azərbaycan tarixi" dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan "Sözcü" qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır. Xəbərdə qeyd edilir ki, bu haqda Azərbycandakı mənbələr danışıblar. Onlar iddia edib ki, dərslik və oradakı xəritə Rusiya tərəfindən sifarişlə hazırlanıb.

Prezident İlham Əliyev yeni nazir təyin etdi

12 Oktyabr 2017 17:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Elman Nəsirov: “Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir”

12 Oktyabr 2017 17:00

“Əsgər oğul, ürəyini aç mənə” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov ölkəmizin qərb bölgəsində, Azərbaycan-Ermənistan dövlət sərhədində torpaqlarımızın müdafiəsində dayanan Vətən əsgərlərinin qonağı olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,  millət vəkili E.Nəsirov və digər qonaqlar hərbi qulluqçular üçün yaradılan sosial-məişət, xidmət şəraiti, eləcə də silah və hərbi texnikalarla tanış olub, əsgərlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

“Məzun evi”ndə yaşayan gənclərin əksər hissəsi daimi  iş yerləri ilə təmin edilib

12 Oktyabr 2017 16:57

Dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində (Abşeron rayonu, Masazır kəndi) yeni mənzillərə köçürüldükdən sonra ilk növbədə onların məşğulluğunun təminatı yönündə müvafiq işlər aparılır. 

"Qarabağ"la oyun öncəsi "Atletiko"da VƏZİYYƏT

12 Oktyabr 2017 16:51

"Atletiko"nun zədəli futbolçuları Filipe Luis və Lukas Hernandesdən yaxşı xəbər var. Hər iki futbolçunun zədəsi tam sağalıb. Onlar komanda ilə məşqlərə qatılıb. Hər iki oyunçu La Liqada "Barselona"ya qarşı və Çempionlar Liqasında "Qarabağ"la görüşdə oynamağa hazırdır.

Rusiyadan Ermənistana növbəti silah "hədiyyə"si - Bu, silahlar elə-belə verilmir...

12 Oktyabr 2017 16:46

"Rusiya Ermənistanda öz hərbi bazalarının silahlandırılması istiqamətində addımlar atır və bunu NATO ilə cənubdakı sərhədlərinin məhz Ermənistandan keçməsi ilə izah edir. Eyni zamanda Rusiya Ermənistana güzəştli kreditlə müasir silahlar verir. Maraqlısı odur ki, Ermənistanın bu krediti iqtisadi potensialı hesabına heç bir vəchlə ödəmək imkanı yoxdur. Çünki söhbət bu ölkə üçün həddən artıq çox böyük rəqəmlərdən gedir. Alınan silahların maddi qarşılığını ödəmək yalnız Ermənistan iqtisadiyyatının bir sıra sahələrinin tam olaraq Rusiyanın inhisarına verilməsi hesabına, başqa sözlə öz müstəqilliyini, dövlətçiliyini qurban vermək yolu ilə mümkün ola bilər".

"100 milyon dollar çox kiçik rəqəmdir” –  YAP-çı deputatdan münasibət

12 Oktyabr 2017 16:43

“100 milyon dollar silah və hərbi texnika almaq üçün çox kiçik rəqəmdir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və daim yeni silahlara ehtiyacı var. Bu baxımdan bunu uğur saymaq olmaz”.

Oqtay Əsədov: “Regional parlament qurumları yaradılmalıdır”

12 Oktyabr 2017 16:40

Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur: “Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var.

Qənirə Paşayeva AŞPA-da Azərbaycanın terrora məruz qalmasından danışdı

12 Oktyabr 2017 16:38

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsi müzakirə olunub.“Olaylar” xəbər verir ki, müzakirə zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib və terrorla mübarizədə ikili standartlara yol verilməməlidir deyib: "Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞID zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm.

“Gənc jurnalistlər” klubu yaradıldı

12 Oktyabr 2017 16:39

Bilik Fondu və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin birgə “Gənc jurnalistlər” Klubunun təsis yığıncağı keçirilib. Olaylar bildirir ki, Bilik Fondunda keçirilən tədbirdə Fondun əməkdaşları, fakültənin dekanı və Klub üzvləri iştirak ediblər. “Gənc jurnalistlər” Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik sahəsində görülən işlərdən, Fondun nəzdində fəaliyyət göstərən digər Klubların işindən danışıb. İcraçı direktor klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib.

Qulu Kəngərlinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib

12 Oktyabr 2017 16:34

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb. Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Qulu Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir.