Gündəm
Anar Bağırov: “Hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zərurətdir”
Tanınmış vəkil, hüquqşünas alim, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Anar Bağırov nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər və son vaxtlar müzakirəyə səbəb olan bu məsələyə dair öz mövqeyini “Olaylar”a bildirb.
BDYPİ sürücülərə və avtomobil sahiblərinə müraciət edib
Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Tələbələr Vahid Əzizlə görüşdü
Oktyabrın 12-də Dillər Universitetinin Təhsil fakültəsinin tələbələri Auditoriya + proqramı çərçivəsində Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Vahid Əzizlə görüşüb. Olaylar bildirir ki, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova şairi salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Şairin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən İ.Kazımova görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu sözlərinə əlavə edib.
Göyçay və Ağdaşda alimlərin mühazirələri təşkil olundu
Bilik Fondu “İslam Həmrəyliyi İli" çərçivəsində müxtəlif bölgələrin orta ixtisas, peşə və ali təhsil müəssisələrində, ictimai xadimlərin mühazirələrini, görüşlərini təşkil edir. Olaylar bildirir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədlinin təhsil ocağınıın kollektivi ilə görüşü olub. Tədbiri Kollecin direktoru Xəlil Orucov açaraq, ölkənin uğurla aparılan daxili və xarici siyasətinin mahiyyəti barədə dolğun məlumat almaları üçün müəllim və tələbələrin belə görüşlərə ehtiyacı olduğunu bildirib. Bilik Fondunun Göyçay rayon nümayəndəsi, Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin direktoru Sevda Vəliyeva Fondun maarifləndirici fəaliyyətindən danışıb.
Muğam Mərkəzində “Muğam axşamları”
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin ilk konserti keçirilib. “Olaylar” bildirir ki, konsertdə “Bayatı-Kürd” və “Mahur-Hindi” muğamları səslənib. İlk olaraq səhnəyə əməkdar müəllimi Qəzənfər Abbasov çıxaraq muğamın inkişafından və keçirilən muğam konsertlərinin gələcək nəsilə verdiyi töhvələrdən danişıb. Gecədə tanınmış xanəndələr Hüseyn Məlikov və Kamilə Nəbiyevanı “Muğam” instrumental ansamblı müşayiət edib.
9 yaşlı qız atasının hazırladığı piroqu yedikdən sonra öldü — ŞOK HADİSƏ
İngiltərədə 9 yaşlı Nainika Tiku atasının ona hazırladığı piroqu yeyib. Qəflətən uşağın vəziyyəti pisləşib və dünyasını dəyişib.
İranın iqtisadiyyat naziri Azərbaycana gəlir
İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi bildirib ki, səfər 23-24 oktyabrda baş tutacaq.
Deputat: Avropa Şurası da Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur
Avropa Şurası Parlament Assambleyasında payız sessiyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzli və qeyri-obyektivdir. Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir.
Qalmaqallı dərsliyin müəllifləri Nazirliyə çağırıldı - Müəllif: “Xəritədə Albaniyanın adı yazılmalıydı”
“Mən dərslikdə olan məlum problemi texniki səhv hesab edirəm. Dərsliklərdə səhvlər hər zaman olub. Hətta elə dərsliklər olub ki, ordadakı səhvlər 10 illərlə qalıb. Bizim bu dərsliyimiz çap olunmazdan əvvəl elektron variantda müzakirə də edilib. Bəzi qeydlər aparılıb. Dərslikdə olan məlum problemin texniki səhv olduğunu Təhsil Nazirliyi, nəşriyyat və müəlliflər də etiraf ediblər”.
Mahir Şükürov "Neftçi"dən uzaqlaşdırıldı
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Mahir Şükürov “Neftçi”dən uzaqlaşdırılıb. Buna keçmiş müdafiəçinin işinə soyuq yanaşması səbəb olub. Belə ki, Mahir uzun illər yığmada oynadığına görə avtomatik C kateqoriyasına yiyələnsə də, “Neftçi”nin U-14 komandasında çalışması üçün B kateqoriyası lazım gəlib. Klubdan Şükürova kurslara qatılmaq və B kateqoriyasına yiyələnmək məsləhət görülüb. Lakin sabiq futbolçu bu məsləhəti qulaqardına vurub. Hər zaman diqqət mərkəzində olmağa alışmış Şükürov uşaqlarla çalışmaqdan zövq almayıb və beləcə, məşqlərə, oyunlara gəlməyi tərgidib.
Azərbaycanda tələbə oğlan mesaj yazıb özünü öldürdü - TƏFƏRRÜAT
Dünən Salyan rayonunun Xıdırlı kəndində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Özünü asaraq intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış. O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.
Putin 11-ci qubernatoru da işdən çıxardı
Rusiya prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı tutduğu vəzifədən azad edib. Bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumata əsasən Turçak öz istəyi ilə vəzifədən gedib. Müvəqqəti olaraq vilayətə Mİxail Vedernikov rəhbərlik edəcək.
Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin,İlham Əliyev və Həsən Ruhaniarasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq. M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.
ABŞ Müdafiə Departamentinin rəsmisi Azərbaycanda səfərdədir
ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən Laura Kuper Azərbaycanda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər zamanı bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Ərdoğan: "ABŞ-da bir qrup yeni hakimiyyətlə Türkiyənin arasını pozmaq istəyir"
“Şimali İraqda PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda ələ keçirilən silahlar ABŞ və Rusiya silahlarıdır”. Məlumata görə , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan valilər toplantısında çıxışında deyib.














