Gündəm

Prezident fəxri ad və medal verdi - SİYAHI

12 Oktyabr 2017 18:05

Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Pentaqon nümayəndəsi: "ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş sayır"

12 Oktyabr 2017 18:04

ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm". Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 

Aktyorlara qarşı cəza tədbirləri başlandı

12 Oktyabr 2017 18:03

Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb.

Saatlıda qadınların sosial-psixoloji problemləri müzakirə edilib

12 Oktyabr 2017 17:56

 “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Saatlı rayonunda bir qrup qadınla görüş təşkil edib.

“Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar

12 Oktyabr 2017 17:54

İkinci Dünya Müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən “Qələbənin Varisləri” Beynəlxalq İttifaqın nümayəndələri Nəsimi rayon İcra Hakimiyyətinin qonağı olublar.

Söz və mətbuat azadlığının təntənəsi

12 Oktyabr 2017 17:53

Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır.

Amerikaya məxsus helikopter qəzaya uğradı

12 Oktyabr 2017 17:42

ABŞ- ın Şimali Koreya yaxınlığında keçirilən Hərbi -Dəniz təlimləri zamanı bir Amerikan helikopteri qəzaya uğrayıb.  Helikopterin Yaponiya sahilləri yaxınlığında dənizə düşdüyü bildirilir.

ABŞ UNESCO-nu tərk edir

12 Oktyabr 2017 17:40

ABŞ hakimiyyəti UNESCO üzvlüyündən çıxmaq haqqında qərar qəbul edib. "Haber7" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, 2011-ci ildə Fələstin UNESCO-ya üzv qəbul edildikdən sonra ABŞ və İsrail buna qarşı çıxıblar. Birləşmiş Ştatların bu təşkilata borcu 500 milyon dollara çatıb. 

Yeniyetməni döyərək pulunu aldılar

12 Oktyabr 2017 17:19

Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 11-də Yasamal rayonunun H.Cavid prospektində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini olan 1 yeniyetməni döyərək içərisində 180 manat olan pulqabısını alıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə 26-cı PB-nin əməkdaşları tərəfindən tutulublar.

Evdən pul və mobil telefon aparan saxlanıb

12 Oktyabr 2017 17:17

Oğurluqda şübhəli bilinən şəxs Zabirli tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 31-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 370 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ağasəməd Zabirli Nəsimi və Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulub.

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

12 Oktyabr 2017 17:16

Daxili işlər orqanlarının əməkdaşları narkotiklərlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də narkotik tərkibli bitkilərin yaşıl kütlə halında yığılaraq məhv edilməsi istiqamətində əməliyyat tədbirlərini uğurla davam etdirirlər. Təkcə ötən gün ərzində ərazi polis orqanları tərəfindən bu sahədə həyata keçirilən tədbirlərlə ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib.

Tələbə qızların telefonunu oğurlayan uzağa gedə biməyib

12 Oktyabr 2017 17:15

Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.Bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.

ASAN könüllüləri SOCAR-da təcrübə keçəcəklər

12 Oktyabr 2017 17:14

SOCAR və ASAN xidmət arasında əməkdaşlıq müqaviləsi çərçivəsində ASAN könüllülərinin SOCAR-ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə keçmələri nəzərdə tutulur. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, artıq ASAN könüllülərinin iki qrupu SOCAR-ın idarə və müəssisələrində ödənişsiz təcrübə keçmişdir.

Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

12 Oktyabr 2017 17:13

Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri iştirak etdilər. Tədbirdə çıxış edənlər  bildiriblər  ki,  vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır. 

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi təhsilini Yunanıstanda davam etdirəcək

12 Oktyabr 2017 17:12

Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 5 tələbə təhsilini Yunanıstanda davam etdirəcək. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, tələbələr arasında keçirilən müsahibənin nəticələri, ümumi orta müvəffəqiyyət göstəricisi və müstəqil şəkildə əlavə tədris materiallarını mənimsəmə qabiliyyətinə görə Şükürlü Mədinə, Hacıbalayeva Gülşən, İbrahimov Eltun, Qarazadə Rəmziyyə və Baxşılı Əmiraslan Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində 2017/2018-ci tədris ilinin payız semestrində təhsil almaq şansı əldə etmişlər.