Gündəm
Türkiyə prezidenti: "Cənub sərhədimizdə terror dəhlizi yaradılmasına qətiyyən imkan verməyəcəyik"
"İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk. Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda ərəbələri, türkmanları və digər qrupları yaxından maraqlandırır. Yaddan çıxarmayaq ki, İraq təklikdə kürd, ərəb və ya türkman dövləti olmadığı kimi, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil".
Ərdoğan: "Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir"
"DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir". Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.
“BİR” Tələbə-Könüllü proqramı təqdim edildi
Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Tetrında “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib. Olaylar bildirir ki, tələbə heyətinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva və “BİR” Tələbə-Könüllü Proqramının koordinatoru Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və s. layihələr haqqında məlumat verib.
Eldəniz Zeynalov yad edildi
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sarayın foyesində Eldənizin Zeynalovun həyat və yaradıçılığını əks etdirən foto-sərgi nümayiş olunub. Olaylar bildirir ki, Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib. Gecədə xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
İtaliyada meşə yanğınları qocalar evinə çatdı - 180 qoca köçürüldü
İtaliyanın şimalındakı Pyemont vilayətində şiddətli meşə yanğınları davam edir. Məlumata görə, hazırda yanğınlar 3000 hektardan çox ərazini əhatə edib. Yanğın zonasının yaxınlığında yaşayan 450-yə yaxın sakin təxliyə olunub.
Hava pisləşəcək- XƏBƏRDARLIQ
Oktyabrın 31-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Ərdoğan: "BTQ ilə ilk qatarın yola salınması ilə Londondan Çinə qədər birbaşa dəmiryolu əlaqəsi yaradılır"
"Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qarsdəmiryolu xəttində ilk qatar yola düşür. Bununla artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq".
Ərdoğan: "TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsində həlledici əhəmiyyətə malikdir"
"TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq".
Hindistanda yol qəzası: 12 ölü, 30 yaralı
Hindistanın cənubundakı Karnataka ştatında baş vermiş qəza nəticəsində azı 12 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.
Dilçilik İnstitutu və Tərcümə Mərkəzi ayrı-ayrılıqda orfoqrafiya lüğətləri hazırlayacaq
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” hazırlanaraq çapa verilib. Bu barədə Mərkəzin direktoru Afaq Məsud məlumat verib. O bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin bir ay müddətinə nəşri gözlənilir: “Biz Tərcümə Mərkəzi olaraq öz lüğətimizi hazırlayırıq. Dilçilik İnstitutu da öz kitabını hazırlasın. Burada hər hansı bir problem görmürəm”.
Türkiyə prezidenti: "Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik"
"Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır. Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər əfsuslar olsun ki, bu məsələ həll oluna bilməyəcək".
Bir həftədə 44 terrorçu zərərsizləşdirilib
Türkiyədə son bir həftə ərzində 44 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Peşmərgə kürd parlamentinə hücum etdi — Şimali İraqda gərgin anlar
İraqın şimalında yenidən silah səsləri eşidilib. Bərzaninin istefasını istəməyən peşmərgələr məclisə hücum ediblər. Parlament binasına soxulan peşmərgə avtomat silahlardan atəş açıb.
"Azərbaycanla əlaqələrimizin strateji müttəfiqlik səviyyəsində olması sevinc və qürur mənbəyimizdir"
Azərbaycanla diplomatik əlaqələrimizin yenidən qurulmasının 25-ci ildönümünü bu ilin yanvar ayında qeyd etdik. 25 il bundan əvvəl can Azərbaycanla yenidən qurulan əlaqələrimizin bu gün strateji müttəfiqlik səviyyəsində olması isə bizim xüsusi sevinc və qürur mənbəyimizdir.
Astronomlar başqa günəş sistemindən gələn UNO gördülər
Astronomlar bizim Günəş sistemimizə daxil olan, çox sürətlə hərəkət edən, balaca obyekti izləməyə çalışırlar. Bu barədə CNN yazır. Naməlum obyektin kometa, asteroid yaxud kosmik gəmi olduğunu NASA - Kosmik agentlik hələlik müəyyən edə bilməyib. Fərziyyə var ki, o bizim günəş sistemimizdən deyil.


.jpg)











