Gündəm

İstanbul'u kana bulayacaklardı! Son anda...

30 Oktyabr 2017 12:13

İstanbul TEM polisinin olağanüstü gayretiyle engellediği canlı bomba saldırısında gözaltına alınan şüphelilerden 2'sinin 5 yıldır Arnavutköy'de yaşadığı ortaya çıktı.TEM uzmanları peşpeşe 5 saldırı hedefleyen M.P., karısı S.P. ve diğer 2 teröristin, 2 hedefinin olduğu üzerinde duruyor. İstanbul Emniyeti'ne bağlı Terörle Mücadele Şube Müdürlüğü (TEM)ekipleri  önceki gün çok önemli bir operasyona imza attı. TEM ekiplerinin çalışması son zamanların en kanlı terör eylem planını engellerken, yüzlerce kişinin hayatını kurtardı. O operasyonun ayrıntıları ortaya çıktı. TEM polisi geçtiğimiz hafta DAEŞ'in eylem hazırladığında olduğunu belirledi.  Eylem talimatı verilen 2 hücre tespit edildi. Birbirleri ile irtibatlı olan şüphelilerin Arnavutköy ve Esenyurt'taki adresleri tespit edildi. Polisin peşlerinde olduğundan tedirdin olan şüpheliler, izlerini kaybettirmek içün kaldıkları adresleri ateşe vererek ortandan kayboldu.

Özündən 23 yaş kiçik sevgilsini BIÇAQLADI – Bakıda

30 Oktyabr 2017 12:10

Bakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. O 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

İşğala son qoymaq üçün PLAN - General açıqladı

30 Oktyabr 2017 12:08

“Donbas müharibəsində qələbəni yalnız bir neçə amilin məcmusu təmin edə bilər. Bunlar hərbi, siyasi, sosial və iqtisadi amillərdir”. Bunu general-leytenant, 2006-2010-cu illərdə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının rəis müavini işləmiş İqor Romanenko “Apostrof” nəşrinə deyib. “Bunlardan biri çətin ki, müharibəni başa çatdıra bilər. Donbas yalnız hərbi deyil, həm də siyasi, sosial və iqtisadi məsələdir”, - o vurğulayıb. Daha əvvəl “Yük-200: Ukraynadan Rusiyaya” layihəsinin müəllifi, Rusiya hüquq müdafiəçisi və müxalifətçi Yelena Vasilyeva Rusiyanın Donbasda real itkilərini 40 min qiymətləndirib.

40 konsert verib 1 milyon qazandı

30 Oktyabr 2017 12:01

17 yaşlı müğənni Aleyna Tilki may ayından bəri verdiyi konsertlərdən 1 milyon lirə (təxminən 500 min manat) qazanıb. 16 yaşında "Cevapsız çınlama" mahnısı ilə məşhurlaşan ifaçı 40 konsert verib. Konsertbaşına isə 25 min lirə (təxminən 12 min 500 manat) qonorar alıb.

Məsut Özil transferi haqda danışdı

30 Oktyabr 2017 11:42

Məsut Özil haqqında yayılan xəbərlərə münasibət bildirib. Almaniya yığmasının türk əsilli üzvü "Arsenal"dan ayrılaraq "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı iddialara "Sky Sports" vasitəsi ilə cavab verib: "Mən burda xoşbəxtəm və 100 faiz gücümü ortaya qoymağa çalışıram.

Deniz Seki ikinci dəfə nişanlısından ayrıldı

30 Oktyabr 2017 11:41

2 il yarımlıq həbs həyatından sonra azadlığa çıxan müğənni Deniz Seki nişanlısı Faruk Salmandan ikinci dəfə ayrılıb. Daha əvvəl də sevgilisi ilə ayrılan ifaçı bu dəfə daha qəti danışıb: "Həm beynimdə, həm də ürəyimdə hər şeyi bitirdim. Bu münasibətdə ən çox səbr edən və zəhmət verən mən oldum. Təəssüf ki, bu qədər əməyim əbəsmiş. Bu səbəbdən ayrılmaq qərarına gəldim. Umreyə gedir, bütün zəhmətim halalı olsun. Allah yolunu da, bəxtini də açıq etsin".

Səfir: "ABŞ Azərbaycanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir" 

30 Oktyabr 2017 11:39

Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlimə başlayıb.

İngilis dramaturqun əsəri Akademik Milli Dram Teatrında

30 Oktyabr 2017 11:39

 Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar – a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

"ASAN xidmət" mərkəzlərinə 18 milyonuncu müraciət qeydə alınıb

30 Oktyabr 2017 11:38

61 yaşlı Gəncə sakini Salman Cəlilovun Gəncə “ASAN xidmət” mərkəzinə müraciəti “ASAN xidmət” mərkəzlərinə olan 18 000 000-cu müraciət kimi qeydə alınıb. ASAN xidmət mərkəzindən Olaylar – a bildirilib ki, Salman Cəlilov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı müraciət edib və müvafiq xidmətdən yararlanıb.

Messi Azərbaycanla oynamaq istəmədi

30 Oktyabr 2017 11:35

Argentina milli komandasının Azərbaycan və Ukrayna yığmaları ilə keçirmək istədiyi yoldaşlıq görüşünün baş tutmamasının səbəbkarı müəyyənləşib. Bu komandalarla oyunun keçirilməsini Cənubi Amerikadan olan kollektivin, Lionel Messi başda olmaqla, aparıcı oyunçuları istəməyiblər.

"Özümü cəsarətli qız hesab edirəm. Ehtiyac olarsa..." - Sevda Yahyayeva

30 Oktyabr 2017 11:32

"ATV maqazin onlarla" verilişinin müsahiblərindən biri gənc ifaçı Sevda Yahyayeva olub.  Sevda özünü cəsarətli müğənni adlandırıb. Niyəsini aşağıdakı ifadələrlə izah edib: "Mən özümü cəsarətli qız hesab edirəm.

Novruz Məmmədov: "Bu il Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq"

30 Oktyabr 2017 11:30

2017-ci il müstəqil Azərbaycanın tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb. N.Məmmədov qeyd edib: "Böyük tarixi hadisələr sırasında - Yeni Əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra, bu gün isə iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışıdır. 

Məhbuslara internetdən istifadəyə icazə verildi - QƏRAR

30 Oktyabr 2017 11:26

Hollandiyada "Leeuwarden" və "Essenheem" həbsxanalarında məhbusları cəmiyyətə yenidən qazandırmaq məqsədilə maraqlı layihə həyata keçirilib. Layihə "Atalar həbsxanası" adlanır. Layihə çərçivəsindən sözügedən iki həbsxanada övladı olan kişi məhbuslara "Skype" proqramı vasitəsilə ailələri ilə əlaqə yaratmalarına rəsmən icazə verilib. 

Bugünkü istiyə ALDANMAYIN: sabahdan etibarən...

30 Oktyabr 2017 11:25

"Son günlər Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti iqlim normasından 3-4 dərəcə yüksəkdir". Bu sözləri  açıqlamasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

İlk 30 dəqiqədə 10 milyon insan öləcək - Baş strateqdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

30 Oktyabr 2017 11:23

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Bannon Londonda çıxan “Şarku'l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib.